Qaliboğlu E.
Milli Dram Teatrında
“Qatil”
Tamaşa
müəllimənin faciəli
həyatından bəhs
edir
Bazar günü Akademik Milli Dram Teatrında
Elçinin "Qatil"
adlı iki hissəli faciəsinin tamaşası oldu. Tamaşanın quruluşçu
rejissoru Naxçıvan
MR-in əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı
dövlət mükafatı
laureatı Nazim Bəykişiyev, bəstəkarı
Aygün Səmədzadədir.
Rolları xalq artisti Şükufə Yusupova (Qadın), əməkdar artist Sabir Məmmədov (Oğlan), əməkdar artist Səidə Quliyeva (Qonşu), əməkdar artist Mətanət Atakişiyeva
(Xanım Həsənzadə)
və başqaları
ifa edirlər.
Tamaşanın
mövzusunu uzun müddətdir müəllimə
işləyən bir qadının faciəli həyatı təşkil
edir. Mürəkkəb
dekorasiyalı səhnə
kimya müəlliməsinin
şagirdlərin dəftərlərini
yoxlaması ilə başlayır. Hiss olunur ki, qadın
daxilən çox narahatdır, o, artıq gəncliyini arxada qoyub. Yarıqaranlıq,
insan nəfəsi ilə demək olar ki, isinməyən
bir evdə yaşamaq onun üçün dəhşətdir.
O, dəftərləri yoxlayarakən
daim öz özü ilə danışır. Müəllimə
sənətində obyektivdir:
imkanlı şagirdlərin
valideynləri ondan balaları üçün
yüksək qiymət
yazmağı xahiş
etsələr də, o, heç kəsə
güzəşt etmir.
Müəllimənin qonşusu
xasiyyətcə həlim,
doğmadır. Lakin o da cəmiyyətin
ardıcıl təsirlərinə
qarşı dov gələ bilmir, nevrozdur. Qonşu qadının əri polisdir. O, çoxdandır
işləməsinə baxmayaraq
hələ ki, qatil tutmayıb. Arzu edir ki,
belə bir hadisə ilə rastlaşsın. Kimsəsiz
müəllimə bu cür mühitdə yaşayır. O, 41 yaşındadır.
Hələ də taleyini ulduzlar aləmindən gözləyir.
Həmişə soyuducusunda
artıq xörək olur. Bu o
deməkdir ki, müəllimə qonaq gözləyir.
Hər şey yağmurlu bir gecədə baş verir. Nədənsə müəllimə
həmin gün çox qəmlidir. Yağışın kəsməsini
arzulayır. Bəlkə
də o, sövq-təbii hiss edir ki,
bu gecənin gətirəcəyi zahiri xoşbəxtlik əslində
onun faciəsinin təsdiqi olacaq. Budur, qapı döyülür. Müəllimə
qapını açır,
az sonra onu tanıyır. Bu şəxsə oğlan da demək
olmaz. O da artıq gənclik dövrünü arxada qoymaqdadır. Qadın onu niyə içəri
buraxmasından bir neçə dəfə diksinir, hətta onu evindən çıxartmaq da istəyir. Lain nədənsə bunu edə bilmir. Oğlan qəfildən onu sevdiyini bildirəndə
qadın coşur, bərk həyəcanlanır.
İndi o, bərk tərəddüddədir.
Lakin yağmurlu gecənin gətirdiyi sirli, qorxulu, xəyallı bir durum onun həyatında
özü də bilmədən çevriliş
yaradır. Nə qədər gözlənilməz
olsa da, bu durum qadın
üçün həm
də arzuolunandır.
O, həmdəm həsrətindədir.
Oğlan 18 ildir ki, ta orta
məktəbdən onu
sevdiyini deyir. Orta məktəbdə oğlana çox oxuduğuna görə
"Kitab" deyirlərmiş.
Sonra universitetə daxil olan oğlan
bir kursda oxuduğu qızı dekanın oğlunun təqiblərindən qoruduğu
üçün davaya
düşür, həbs
olunur, oradan da Rusiyaya üz
tutur. Qarabağ hadisələri zamanı Azərbaycana qayıdır,
yaralanır. Qadını
inandıra bilir ki, bir aydır
hərbidən çıxıb.
Bütün bu duyğulu söhbətlər
qadını ovsunlayır.
Keçmiş tələbə
müəllimənin əvvəlki
təəssüratlarından
sui-istifadə edərək onun qəlbini ələ almağa müvəffəq
olur. Müəllimə
yavaş-yavaş keçmiş
tələbəsini ideallaşdırmağa
başlayır. Hadisələr
çox sürətlə
cərəyan edir. Artıq qadın onu tamamilə özünə məhrəm
hesab edir. Lakin qadın sanki yuxudadır, nə baş verdiyini təxmin edə bilmir. Bayaqdan özü ilə danışan, həyatından bezmiş qadın sanki hər şeyə yenidən baxır. Özündən yaşca
cavan bir kişi tərəfindən
sevilməsi, oxşanılması
onun üçün möcüzədir, əsl
həyatdır. Qadın
həyətə çoxdandır
çıxmır. İndi
çıxır və
hər şey ona təzə və möcüzəvi gəlir. İdeallaşdırdığı
kişi onun ad günündə gül dəstəsi ilə gəlir. Bu məqam qadının
yalançı xoşbəxtliyinin
zirvəsidir. Qonşular
bu hadisəni dedi-qoduya çevirirlər.
Lakin müəllimə
heç nəyi eşitmək, görmək
istəmir. O, sevmək,
sevilmək istəyir.
Bu məqamda qadının ulduzunu axtarmağa çıxması
faciəviliyini bir daha təsdiq edir. Bu səhnədə
komik vəziyyətlər
də var: onun ulduzu qocalıb,
lakin ulduzu qadınla bağlı fəhmində yanılmır.
Ulduzu ona adi halına qayıtmağı məsləhət
görür. Qadının
adi vəziyyəti isə sirrini-sehrini bir andaca itirir.
Qadının az sonra düşdüyü
kədərli vəziyyət
əvvəlki durumunun
yanında toya getməlidir. Əgər zahiri xoşbəxtlik tapan zaman qadın
qonşusuna- "Niyə
faytonçu mahnıda
"günüm qaradır"
deyir?-" deyə təəccübünü gizlətmir.
Çünki o, bu məqamda ruhlanmışdı, həyatdan yüksəyə
qalxmışdı. İndi
isə yenə həyatın dibindədir:
həyatın üfüqləri
onun aləmində əvvəlkindən də
dardır, nəhayətlidir,
ümidsizdir. O, sarsılıb,
çıxış yolu
tapa bilmir. Çox az bir
vaxtda ideallaşdırdığı
kişi ilk gecədən başlayaraq
onun evində olan gözəgəlməli
nə varsa, çırpışdırıb satıb. İndi qadın neyləməli olduğunu bilmir. Kişinin dalbadal gəlişləri artıq
onun əsəblərini
tarıma çəkir.
Artıq
növbəti təklif
qadını özündən
çıxarır. Bundan
əvvəl o, keçmiş şagirdini-sevdiyini
və sevgisindən sarsıldığını evindən
qovmuşdu. O, yenə
də yağışlı
bir gündə gəlir. Çünki getməyə yeri yoxdur. Qadın onun barəsində hər şeyi öyrənib. Məlum olur ki, onu
tələbəliyi dövründə
hansısa qızın
namusunu qorumaq üstündə yox, məhz oğurluq üstündə tutublar. Oğlan bu müddət
ərzində ancaq oğurluq və qumarbazlıqla məşğul
olub. Uzun müddət tənha yaşayan müəlliməni
pusub, əlverişli bir gündə onun qapısını döyüb. Qadın oğlanın namussuz təklifini susqunluqla qarşılayır. O, təklif
edir ki, qadın onu oğulluğa götürsün.
Buradan da kişinin yaxın zamanda qadının evinə sahiblənmək istəyəcəyi məlum
olur. Qadın onun içkisinə zəhər qatır, kişi əzabla ölür. Qonşu polis gəlir və o, qatillə
- müəllimə ilə
rastlaşdıqda dəhşətdən
sarsılır. Tamaşa
beləcə başa çatır.
Görəsən,
qadın kişiyə
inanmaqda haqlı idimi? O, bu faciədən
canını qurtara bilərdimi, əgər sadəcə, əvvəlki
vəziyyətində yaşasaydı,
nə baş verəcəkdi? Hadisələrin bolluğu, mənaçılığın
azlığı ilə
müşayət olunan
tamaşada cəmiyyətdə
baş alıb gedən kriminal yönlü hadisələrin
təsiri özünü
göstərir. Əslində
qadının faciəsi
adam öldürməmişdən
əvvəl başlayıb.
Qadın gerçəkdəki
oğlanı - onu sevdiyini bəyan edib biabırcasına atanı yox, içindəki qatili öldürməliydi.
Budur, indi o, həyatın
girdabında daha pis çaşıb qalıb, neyləyəcəyini
qətiyyən bilmir. Ətrafında onu başa düşəcək
bir kəs belə yoxdur. Həyat başdan-başa buz kimi soyuq
və qaranlıqdır.
Tamaşada həyatın
yalnız gerçək
təəssüratı yaradılır,
olanlar, baş verənlər səhnədə
bu və ya digər biçimdə
ifadəsini tapır. Lakin fərdin faciəvilikdən çıxış
yolu görünmür...
Xalq cəbhəsi.- 2007.-
13 mart.- S. 15.