Ələkbərova M.
Avstriya Milli Kitabxanasının
nümayəndələri
Bakıda oldular
Qonaqları Mədəniyyət
və Turizm naziri
Əbülfəs Qarayev qəbul
etdi
Dünən Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Avstriya Milli
Kitabxanasının baş direktoru Cohanna Raxinqeri, həmin
kitabxananın beynəlxalq əlaqələr üzrə
direktoru xanım Elizabet Edhoferi, Avstriya Təhsil, Elm və
Mədəniyyət Nazirliyinin
mədəniyyət məsələləri üzrə
baş direktoru Britte Bökünü və muzey
məsələləri üzrə mütəxəssis Doris
Karneri qəbul etdi. Görüşdə respublikamızın
aparıcı kitabxana və muzey mütəxəssisləri
də iştirak edirdi. Xatırladaq ki,
qonaqlar səfər çərçivəsində M.F.Axundov adma
Milli Kitabxanada, Azərbaycan Dövlət
İncəsənət Muzeyində, Musiqi Mədəniyyəti
Dövlət Muzeyində, Caz Mərkəzində, Qobustan
və Şamaxı rayonundakı kitabxana və
muzeylərdə, o cümlədən əsaslı təmir
olunmuş Maştağa qəsəbə Kütləvi
Kitabxanasında da olublar. Tədbirdə qeyd edildi ki, Avstriya
Milli Kitabxanası 1990-cı illərin əvvəllərindən başlayaraq,
"Kitab himayədarlığı" layihəsini həyata
keçirir. Bununla yanaşı, Avstriya Milli Kitabxanasında Azərbaycanın
görkəmli şəxslərinin əlyazmaları xüsusi
şəraitdə saxlanılır. Qeyd olunan digər fakt da ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin "Xəmsə"si Avstriya Milli Kitabxanasında bərpa olunaraq, "Azərbaycan Əlyazmaları" sərgisində nümayiş etdirilir. Görüş ərəfəsində Azərbaycan-Avstriya arasında mədəniyyət əlaqələrinin qurulması, kitabxana və muzey sahələrində əməkdaşlıqla bağlı danışıqlar aparıldı. Qonaqlar göstərilən qayğıya görə təşəkkürlərini bildirərək, ölkələr arasında əlaqələrin daha geniş vüsət alacağını söylədilər.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə qonaqlarla söhbətdə kitabxana və muzey sahələrində əməkdaşlığın vacib olduğunu bildirdi: "Mən istərdim ki, Vyanada xüsusi olaraq ölkəmizə həsr olunmuş guşələr açılsın. İki ölkə arasında kitab mübadiləsi geniş şəkildə həyata keçirilsin. Azərbaycan son bir ildə heç bir ölkə ilə bu qədər sıx mədəni əlaqə yaratmayıb. Bu illər ərzində Üzeyir Hacıbəyovun "Arşın mal alan"
əsəri Avstriyada tamaşaya qoyulub, onun heykəli ucaldılıb. Avstriya bəstəkarı Motsartın heykəlinin Azərbaycanda ucaldılması haqda düşünürük. Ölkəmizdə teatr işinin yenidən qurulması işində Avstriya şirkətlərinin avadanlıqlarından istifadə olunacaq. Cənub rayonlarımızdan turizm məqsədilə istirahət zonalarının açılması, həmçinin Quba, Qusar rayonlarında yay-qış üçün istifadə olunacaq mərkəzlərin yaradılınası Avstriya şirkətlərinə həvalə olunub. Şadam ki, Azərbaycan haqqında Avstriyada geniş məlumat yayılır".
Avstriya Milli Kitabxanasının baş direktoru Cohanna Raxinqer də öz çıxışında qarşılıqlı əlaqələrin belə vüsət almasından məmnunluğunu ifadə etdi: "Bugünkü görüş iki ölkə arasındakı əlaqələri daha da genişləndirəcək, muzey və kitabxana işində geniş imkanlar açacaq. Səfər çərçivəsində milli kitabxanada eksponatlarla, kitablarla tanış olduq. Məncə də bizim gələcək əməkdaşlığımız daha uğurlu alınacaq".
Daha sonra
M.F.Axundov adına Milli Kitabxana və
Avstriya Milli Kitabxanası
arasında əməkdaşlığa dair memorandum imzalandı. Sonda qonaqlar Ə.Qarayevlə xatirə şəkli çəkdirdilər.
Yaddaş.-
2007.- 15 mart.- S. 2.