Rövşən
Mədəniyyət işçilərinin əmək haqları qaldırılacaq
Əbülfəs Qarayev: "Bundan
sonra fəxri adların verilməsi üçün mənə
təqdim etdiyiniz siyahı məhdud olsun"
Dünən Dövlət
Akademik Milli Dram Teatrında Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin ötən ay teatr sahəsinin inkişafı ilə bağlı imzaladığı
sərəncamdan irəli
gələn vəzifələrin
yerinə yetirilməsi
ilə bağlı teatr xadimləri ilə görüşüb.
Görüşdə çıxış edən
Ə.Qarayev sərəncamın
vaxtında imzalandığını
və orada göstərilən işlərin
həyata keçirilməsinin
vacibliyini vurğulayıb. Ə.Qarayevin
sözlərinə görə,
Mədəniyyət və
Turizm Nazirliyinin fəaliyyət göstərdiyi
1 il 1 ay müddətində teatrlarda
yeni və bərpa olunmuş ümumi 78 tamaşa hazırlanıb: "Bu sərəncamdan
sonra biz bu səylərimizi daha çox artıracağıq.
Sərəncamda göstərildiyi kimi, artıq Azərbaycan Dövlət Gənc TamaşaçılarTeatrı,
Azərbaycan Dövlət
Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrında əsaslı təmir işləri aparılır. Ölkə
Prezidenti Heydər Əliyev adına
Sarayın layihəsi ilə
Nazir görüşdə
fəxri adlarla bağlı məsələyə
də toxunub: "Artıq Gürcüstan, Baltikyanı ölkələr,
Ukraynanın mədəniyyət
və incəsənət
xadimlərinə fəxri
adların verilməsi
prosesini davam etdirmir. Dünyanın ən tanınmış
ölkələrində də
fəxri adlar verilmir. Amma buna baxmayaraq,
biz bu ənənəni
davam etdirməliyik".
Teatr rəhbərlərinə
müraciət edən
nazir bundan sonra fəxri adların verilməsi üçün ona təqdim olunan siyahıda adları məhdudlaşmasını təklil
edib: "Ötən il 100-ə yaxın mədəniyyət işçisi
fəxri ada layiq görülüb və bu çox
təqdirəlayiq haldır
Ancaq sizdən xahiş edirəm ki, bundan sonra
fəxri adların verilməsi üçün
mənə təqdim etdiyiniz siyahı məhdud olsun və həmin siyahıda yazılan insanlar bu ada
həqiqətən də
layiq olsun". Nazir İrəvan Dövlət Dram Teatrının
125 və Teatr Xadimləri İttifaqının
110 illiyi münasibəti
ilə yaxın günlər də bir sıra mədəniyyət
və incəsənət
xadimlərinə fəxri
adların verilməsinin
nəzərdə tutulduğunu
də deyib.
Palitra.- 2007.- 7 mart.- S. 12.