Ermənistan
Azərbaycana qarşı həm də ideoloji müharibə
aparır
Əbülfəs Qarayev: "Ermənilər
Azərbaycan ərazisində
xalqımıza qarşı
təcavüzkar müharibə
aparıb"
Ermənistan dövləti və erməni diasporu bütün dünyada və həmçinin Rusiyada Azərbaycana və azərbaycanlılara
qarşı ideoloji müharibə aparır. Ermənilərin Azərbaycan xalqının
zəngin tarixi-mədəni
irsinə - bizim milli musiqimizə, mətbəximizə, təsviri
və tətbiqi incəsənət nümunələrimizə,
digər sərvətlərimizə
qarşı azğın
oğurluqlarını məhz
bununla izah etmək olar. Tarixin və mədəniyyətin saxtalaşdırılması
onların fəaliyyətinin
əsas istiqamətidi.
Bu barədə Azərbaycanın Rusiyadakı
səfirliyində Moskvaya
səfərinin yekununa
həsr olunmuş mətbuat konfransında "Trend"in xüsusi
müxbirinin sualını
cavablandırarkən Azərbaycanın Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev bildirib.
O qeyd edib ki, ermənilər Azərbaycan ərazisində xalqımıza qarşı təcavüzkar müharibə aparıb, indi isə bu, ideoloji müharibəyə çevrilib, buna görə də hazırda erməni diasporu bütün dünyada fəal antiazərbaycan siyasəti həyata keçirir.
"Uzun müddət Azərbaycan dünya ictimaiyyətinə sübut etməli oldu ki, Azərbaycan-Ermənistan müharibəsi Ermənistan ərazisinin bir santimetrində belə olmayıb. Onlar nəinki Azərbaycan torpağına daxil olublar, hətta ərazimizin 20 faizini işğal ediblər. Bu gün musiqinin, milli yeməklərin, milli mədəniyyətin, Azərbaycan bəstəkarlarının, rəssamlarının yaradıcılıq nümunələrinin özününküləşdirilmə siyasəti və s. bu ideoloji müharibənin davamıdır. Biz fəal olmalıyıq, ancaq KİV-dən də çox şey asılıdır. Musiqi diskləri artıq istehsal olunur, amma bunların yayılması həm də adi adamların işidir ki, burda da bəzən əngəllər ortaya çıxır. Bizim ağlasığmaz sayda bu cür disklər istehsal etmək və bütün dünyaya yaymaq imkanlarımız məhduddur. Fəaliyyətin genişləndirilməsi kimi, həqiqətin təbliğini daha da artırmaq lazımdır. Biz Azərbaycana xarici KİV nümayəndələrini dəvət edirik. Hazırda Fransa KİV-nin nümayəndələri burdadır, tezliklə alman KV-in də nümayəndələri gələcəklər. Biz saxtalaşdırmanın tərəfdarı deyilik, biz gözəl həqiqətin tərəfdarıyıq. Amma hər şeyi dövlətin üzərinə yıxmaq olmaz, diaspor da fəal olmalıdır, xüsusilə də Rusiyada. İdeoloji müharibəni bütün cəbhələrdə aparmaq lazımdır", - deyə nazir bildirib.
Əbülfəs Qarayev həmçinin Ermənistanda bizim milli musiqi alətimiz olan balabana abidə qoyulduğunu və planlaşdırılan, eyni zamanda həyata keçirilən təbliğat işlərinin cavab xarakteri daşıdığını bildirib.
"Ermənilərin mədəniyyət
sahəsində etdiklərinin
hamısı Ermənistan
dövlətinin işğalçılıq
siyasətinin davamıdır
və qonşuluğumuzda
yaşayanlann sərsəm
"Dənizdən dənizə
böyük Ermənistan"
ideyasının bir hissəsidir. Bir müddət
əvvəl Azərbaycan
Prezidenti İlham Əliyev bəyan etdi ki, Ermənistanın
hazırkı ərazisi
Azərbaycanın İrəvan
xanlığının torpaqlarıdır. 180 il bundan əvvəl biz öz torpaqlarımızda
ermənilərə sığınacaq
vermişik və əvəzində isə biz bunları alırıq. Bu il İrəvan teatrının 125 ili tamam olur, biz
bunu böyük təntənə ilə qeyd edəcəyik. Bu, həmin dövrdə indiki Ermənistan ərazisində
yaşayan əhalinin
70 faizinin azərbaycanlılar
olduğunu sübut edir. Buna görə
də ermənilərin
ədəbsizliklərinə qarşı təəccüblənmək
lazım deyil, əksinə,
bütün tədbirlərdə
fəal iştirak etmək lazımdır", - deyə Azərbaycanın Mədəniyyət və
Turizm naziri əlavə edib.
Ə.Qarayev Moskva səfərinin yekunlarından danışarkən, Rusiyanın Mədəniyyət naziri Andrey Sokolov, Mədəniyyət və kinematoqrafiya üzrə Federal agentliyin rəhbəri Mixail Şvıdki, Moskva üzrə agentliyin rəhbəri cənab Xudyakovla bir sıra faydalı görüş keçirdiyini bildirib. O, həmçinin İlham Əliyevin də iştirak edəcəyi Mstislav Rostrapoviçin yubiley tədbirlərinə dəvət olunduğunu da söyləyib.
Mədəniyyət və Turizm naziri Azərbaycanda Rusiya ilinin uğurla keçdiyini, demək olar ki, hər ay iri-miqyaslı tədbirlərin keçirildiyini, Rusiyanın və onun mədəniyyətinin Azərbaycanda geniş təbliğ olunduğunu bildirib. Cənab Qarayev Rusiya ilə birgə qazanılmış təcrübə əsasında 2008-ci ildə Almaniyada Azərbaycan ilinin keçiriləcəyini qeyd edib.
"Aprel ayında Moskvada, daha sonra isə Samara, Çelyabinsk, Peterburq, Krasnodar və Rusiyanın digər şəhərlərində Azərbaycan günləri keçiriləcək. Biz birgə film çəkilməsi ilə bağlı iki layihəni müzakirə etdik və Azərbaycan kinematoqrafları Moskvada Beynəlxalq Kinematoqrafiya Kinofestivalında iştirak edəcək. Bundan başqa kitabxana və muzey işi sahəsində də mühüm razılıqlar əldə olunub. Həmçinin Bakıda böyük mədəniyyətşünaslıq konfransının keçirilməsinə birgə hazırlıqlar aparılacaq. Eyni zamanda Azərbaycan və Rusiyanın mədəniyyət, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin aparılması barədə razılıq əldə olunub",- deyə Əbülfəs Qarayev bildirib.
Nazir həmçinin iki turizm sərgisində iştirak etdiyini və Rusiyanın 4 turizm şirkətinin rəhbərlərilə səmərəli danışıqlar apardığını söyləyib. Nazir hazırda Azərbaycana, onun turizm potensialına olan marağın artmasına "SNN" və "Euronews" kanallarında reklam çarxlarının nümayiş olunmasının da təsir etdiyini bildirib. "Bundan sonra Azərbaycana gəlmək istəyi ilə bağlı bizə müraciətlərin sayı 100 dəfə artıb. Qeyd edim ki, 2006-cı ildə Azərbaycana yarım milyon insan səfər edib ki, bunların da böyük əksəriyyəti turistlər olub. Ümumi göstəricinin isə 15-18 faizini ruslar və MDB ölkələrindən gələnlər təşkil edib",- deyə Əbülfəs Qarayev söyləyib.
Nazir aprelin 16-dan etibarən 4 gün müddətində Moskvada Azərbaycan günlərinin, sentyabrda isə Azərbaycanda Rusiya günlərinin keçiriləcəyini və bu mədəni hadisənin Rusiya KİV-də geniş işıqlandırılacağına ümid etdiyini bildirib.
Mətbuat konfransında iştirak edən Rusiyanın mədəniyyət və
kinematoqrafiya Federal agentliyinin departament rəhbəri Maya Kobaxidze payızda Rusiya-Azərbaycan incəsənət ziyalılarının
dəyirmi masasının,
2008-ci ildə isə Rusiya-Azərbaycan incəsənəti festivalının
keçiriləcəyini bildirib.
"Biz uzun əsrlərdir ki, dostluq edirik və bir-birimizi çox yaxın hesab edirik. Bizim
üçün əhəmiyyətlidir
ki, rus və
Azərbaycan xalqları bir-birini anlasınlar. Bu, millətlərarası
razılığın əsasını
təşkii edir. Azərbaycanlı həmkarlarımızla
bu cür mənəvi yaxınlıq
heç bir ölkə ilə yoxdur",
- deyə Maya Kobaxidze bildirib..
Üç nöqtə.- 2007.- 28 mart.- S. 4.