İbrahimova Ş.

 

Bakıdan başqa harda istəsən arıqlamaq olar

 

Vladimir Vinokur tamaşaçının replikasına özünəməxsus cavab verdi

 

Heydər Əliyev adına Sarayda bu mövsümdə son konsertini vermək Rusiyanın tanınmış gülüş ustası Vladimir Vinokura qismət oldu. Vinokurun konserti martın 15- "Qrup 037" prodakışnın təşkilatçılığı ilə keçirildi.

Azərbaycan təcrübəsində nadir hallarda rast gəlsək , bu konsert vəd olunmuş vaxtda başladı. Səhnəyə çıxan kimi tamaşaçılardan alqış alan Vinokuru Bakı publikası çox mehriban qarşıladı. Qısa salamlaşmadan sonra Vinokur dərhal gülməli əhvalatlar danışmağa başladı tamaşaçıları güldürəndən sonra Bakı paytaxt publikasına təriflər yağdırmağa başladı. O bildirdi ki, artıq 70-ci illərdən Bakıya qastrollara gəlir hər dəfə buna çox sevinir. Qonaq Bakı ilə çox maraqlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Bakı qastrolları zamanı onun həyatında çox əlamətdar hadisələr baş verib. 1984-cü ildə Bakıda, bu sarayda konsert zamanı Moskvadan onun "Rusiya Federasiyasının Əməkdar artisti" adına layiq görülməsi xəbəri gəlib. 4 il sonra - 1988-ci ildə isə yenə Bakıda olarkən "xalq artisti" adını aldığını eşidib.

Vinokur qeyd etdi ki, Bakıya həmişə böyük sevinclə gəlir heç bir halda səfərini təxirə salmır. Bu dəfəki səfərindən əvvəl kiçik əməliyyat keçirsə , o, paytaxtımıza gəlməyi vacib hesab edib.

Qonaq Rusiyada tanınmış soydaşlarımızdan da söz açdı. Müslüm Maqomayevi fenomen adlandıran Vinokur onun sənətinin zirvəsində səhnədən getməsini böyük cəsarət nümunəsi kimi qiymətləndirdi. Vinokur Tahir Salahovun dünya şöhrətli rəssam olduğunu qeyd edərək, bu gün onunla dostluq etdiyini xatırlatdı. Vinokur adamı Araz Ağalarovun da Azərbaycanın adını Rusiyada uca tutduğunu bildirdi.

Konsert proqramına gəldikdə isə Vinokur özü ilə Bakıya "Fabrika zvyozd" müsabiqəsinin finalçılarından olan Maşa Novikovanı, həmçinin gənc parodiyaçıları gətirmişdi. Novikova canlı ifası ilə, parodiyaçılar isə Rusiya siyasətçilərini parodiya etməklə tamaşaçıları əyləndirdilər.

Vinokur Viktor Krutoyun repertuarından mahnılar da oxudu, ordu həyatından, rusların məişətindən, ailə münasibətlərindən, yol polisinin fəaliyyətindən, şou-biznes nümayəndələrindən bəhs edən monoloqları ilə tamaşaçıları güldürdü. Qonaq zaldan səslənən replikalara da böyük həvəslə reaksiya verirdi. Tamaşaçılardan birinin zaldan "çox arıqlamısınız" atmacasına cavab verən Vinokur qeyd etdi ki, harda istəsən arıqlamaq olar, yalnız Bakıdan başqa. Qonaq sarayın təmirindən sonra yenə gələcəyini vəd etdi.

 

Kaspi.- 2007.- 17-19 mart.- S. 20.