Turanə

O olmasın, bu olsun

Opera Balet Teatrının səhnəsində

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının bir-birindən maraqlı  repertuarını seyr etmək  teatrın qapısından içəri ayaq basan hər bir tamşaçı üçün əsil istirahət olur.

Ötən gün Opera Balet Teatrının səhnəsində yenə , Məşədi İbad oynanıldı. Doğrusu, bu gün sadəlövh Məşədi İbadınməsumtaleyi nəinki bizlərə, hətta dünya tamaşaçısına bəllidir.

Əvvəla, aktyor oyunundan deyil, səhnə tərtibatından danışaq. Dekorasiyalar o qədər inandırıcı, canlı dolğun görünürdü ki, diqqətlə əsərə aludə olan tamaşaçı bir anlıq Köhnə Bakı məişətini ictimai həyatını yaşamış olur. 

Əsərdə hər bir obraz özü-özlüyündə sanki bir baş qəhrəmandır. Əsər dəfələrlə müxtəlif teatrlarda, hətta şou tipli səhnələrdə o qədər oynanılıb ki, tamaşanın süjet xəttindən, gedişatından söhbət açmağa lüzum görməsək ...

Rüstəm bəy gözünün ağı-qarası bircə qızını, Gülnaz xanımı yaşlı bir tacirə ərə verməklə müflisləşmiş vəziyyətini düzəltmək niyyətindədir. Özünü daxilən qoca hiss etməyən, əslində isə əllini haqlayan Məşədi İbad isə sadəlövhlüyü ilə çevrəsində olan bir neçə dələduzun müftə pul qazancına çevrilir. Tamaşaçılardan bir çoxu, demək olar ki, əsəri yalnız televiziya ekranlarından seyr edib. Elə buna görə Azər Zeynalovun Məşədisinin tamaşaçıları əsərə onun oyunu ilə o qədər aludə olmuşdular ki, az qala onları səhnədən ayıran sərhəddi aşacaqdılar. Bəlkə elə sadəlövhlüyü ilə tamaşaçı sevimlisinə çevrilmiş Məşədi özü buna şərait yaradırdı. Bu gün opera ifaçılarının məharətlilərindən olan Azər Zeynalovun Balaşı ilə Məşədisinə nəzər salanda, aktyorda güclü komizmin artistizmin olması məhz bu tamaşada özünü sübut edir. Xalq artisti Azər Zeynalovun ifasına daha bir lirik-dramatik obraz əlavə olundu.

 Musiqili Komediya Teatrında Opera Baletdə oynanan  tamaşaların hər birinin öz yeri var. Belə olmalıdır, axı məkan fərqliliyi var. Biri çoxlarının yüngül janr kimi yanaşdığı, əslində isə daha da böyük məsuliyyət tələb edən Musiqili Komediya Teatrı, digəri isə repertuarında əksər hallarda çox mürəkkəb  əsərlərə yer ayıran Akademik Opera Balet Teatrı. “O olmasın, bu olsunMusiqili Komediya Teatrının repertuarına daha çox uyğun gəlsə özünü Opera Balet Teatrının səhnəsində təsdiq etdi.

Yeni Azərbaycan.- 2007.- 2mart.- S. 8.