Puşkinin
nağıl qəhrəmanları teatr səhnəsində
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı ötən həftə sonu Aktyor Evinin səhnəsində
Aleksandr Puşkinin qızıl xoruz haqqında nağılının
motivləri əsasında
"Taxt-tac, Dadon və Şamaxı çariçası" fantaziya
tamaşasını təqdim
edib.
Qeyd edək ki, nağıl Mədəniyyət və
Turizm Nazirliyi ilə Teatr Xadimləri İttifaqının
milli teatrımızın
134 illiyi münasibəti
ilə təşkil etdiyi gənc reyissorların "Yeni teatr" Respublika festivalı çərçivəsində
səhnələşdirilib.
Mədəniyyət və
İncəsənət Universitetinin
diplomantı Tural Vaqifoğlunun (elmi rəhbəri Xalq artisti Azərpaşa Nemətovdur) quruluş verdiyi tamaşanı canlılıq və yenilik fərqləndirir. Reyissorun Puşkinin məşhur nağılının
səhnə təcəssümünə
yeni ruhda yanaşmasına baxmayaraq,
əsər balaca tamaşaçının başa
düşəcəyi tərzdə
təqdim olunmuşdu.
Qeyd edək ki, rolları teatrın aktyorları Rasim Cəfərov, Ramil Əzimov, Aleksey Şaprıqin, İlham Əsədov, Gövsər Şərifova,
Venera Abbasova, Lalə Bağırova, Oleq Vorobyanski, Zümrüd Məmmədova
və Firuzə Balayeva oynayıblar.
Kaspi.- 2007.- 13 mart.- S. 17.