Abbasov İ.

 

Ünsün yeni tamaşası

 

Teatr həvəskarlarını daim maraqlı layihələrlə sevindirənÜnsyaradıcılıq səhnəsi daha bir yeni tamaşanı sənətsevərlərə təqdim etməyə hazırlaşır. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi bu sənət ocağında görkəmli dramaturq, xalq yazıçısı ElçininŞekspiradlı iki hissəli tragikomediyasının məşqləri gedir.
Əsər böyük ingilis dramaturqunun həyatından bəhs etmir. Öz yaradıcılıq manerasına sadiq qalan Elçin bu dəfə absurd teatr elementlərindən istifadə etmişdir. Hadisələr ruhi xəstəliklər xəstəxanasında cərəyan edir. Xəstəxananın pasiyentləri öz xülyalar aləmində yaşayır, özlərini ayrı-ayrı tarixi şəxsiyyətlərin, yaxud özgə planetdən gəlmişlərin qiyafəsində görür, real həyatın qayda-qanunları ilə hesablaşmaq barışmaq istəmirlər. Qəhrəmanlardan biri onların ifasında Şeksprin “Romeo Cülyettaəsərini tamaşaya hazırlamaqla dəliliklə ağıllılığın sərhədlərini aradan götürməyə, bir möcüzə yolu ilə onları düşdükləri məntiqsiz xülyalar aləmindən ayırmağa çalışır.
Dəlilik mövzusu dünya dramaturgiyasının daimi mövzularındandır. Azərbaycan ədəbiyyatında da bu mövzunun C.MəmmədquluzadəninDəli yığıncağıkimi klassik nümunəsi vardır. Həmin əsərin görkəmli rejissorumuz Mehdi Məmmədovun quruluşundakı çox uğurlu tamaşasını teatr həvəskarları hələ unutmayıblar. Elçin isə bu köhnə mövzuya dövrümüzün ruhuna, müasir insanların psixologiyasına uyğun yeni nəfəs verə bilmişdir. Əsərin ideyasına görə, bütün elmi-texniki yeniliklər, modern həyat tərzinin özəllikləri ənənəvi sənət möcüzəsinin qüdrəti qarşısında acizdir. İnsanın insani ruhunu yaşadan xilas edən məhz sənət möcüzəsidir.
Tamaşanın quruluşçusu, tanınmış teatr rejissoru Bəhram Osmanovun fikrincə, bu tamaşa ölkəmizin teatr mühitində ciddi bir hadisəyə çevriləcək. Rejissor akademik teatrın böyük səhnəsindən fərqli olaraq, “Üns”ün bir sıra spesifikliyə malik olduğunu da vurğuladı.
Üns”ün ənənəsinə uyğun olaraq, tamaşa antrepriz üsulla, yəni yığma heyətlə hazırlanır. Tamaşada Akademik Milli Dram Teatrının, S.Vurğun adına Rus Dram Teatrının Gənc Tamaşaçılar Teatrının aktyorlarıSiyavuş Aslan, Məbud Məhərrəmov, Firdovsi Atakişiyev, Fuad Qasımov, Şükufə Yusifova, Sənubər İskəndərli, Ayan Mirqasımova Rafiq Əliyev iştirak edirlər. Tamaşanın rəssamı Nüsrət Hacıyevdir.
Xalq artisti Siyavuş Aslanın ifa etdiyi personaj özünü Stalin hesab edən bir ruhi xəstədir. Aktyor deyir ki, ciddi planda olmasa da, sərsəm bir xülya içində tarixi şəxsiyyət rolu oynamaq, axır ki, ona da qismət oldu. Tamaşadakı əsas rollardan birinin ifaçısı Firdovsi Atakişiyev Rus Dram Teatrının aktyoru populyar televiziya verilişlərinin aparıcısı kimi tamaşaçılara yaxşı tanışdır. Aktyor Azərbaycan dilli tamaşada oynamağı çoxdan arzuladığını, özünü daxilən buna hazırladığını nəhayət ki, bu arzusuna yetdiyini bildirir.
Üns”ün səhnəsindəŞekspirtamaşasının premyerası martın 28,29 30-da keçiriləcəkdir.

Xalq qəzeti.- 2007.- 15 mart.- S. 7.