Yaşasın Şekspir!

 

Elçinin tragikomediyası "ÜNS" teatrının səhnəsində



Bakının "ÜNS" teatrında xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında Azərbaycanda ilk ikihissəli antrepriz tamaşasının premyerası olmuşdur.
Bu çox maraqlı layihənin təşəbbüskarı təşkilatçısı incəsənətin təkcə vurğunu yox, həm onun incə bilicisi olan professor Nərgiz Paşayevadır.
Əsər nədən bəhs edir? Elçinin bütün əsərləri kimi, bakılılara təqdim olunan bu pyesi dərin fəlsəfi məna daşıyır. Yəqin elə buna görə tamaşaçılar pərdə enəndən sonra hələ uzun müddət səhnədə gördüklərinin təsiri altında olurlar.
...Yer planetinə guya başqa qalaktikadan gəldiyini deyən psixiatriya xəstəxanasının təzə pasiyenti aralarında özlərinin Stalini, böyük aktrisa Sara Bernarı olan xəstələrin yeknəsəq həyatına, hər gün eyni, bezikdirici işi yerinə yetirən tibb işçilərinin yetərincə maraqsız keçən günlərinə son qoyur. O, burada olanların heç birinə bənzəmir. O, daxilən işıqlı inamlı, xeyirxahlığa məhəbbətə inanan adamdır. O, bizim dünyada baş verənlərin çoxunu başa düşmür. Dərk etmir ki, belə balaca planet üçün hissələrə bölünmüşdür, üçün insanlar bir-birini öldürürlər, öldürənləri isə qəhrəman elan edirlər? üçün insanların dedikləri ilə düşüncəsi əməlləri uyğun gəlmir? üçün onların yaratdığının çoxu özlərinə qarşı çevrilir? Nəhayət, üçün onlar bir-birinə etibar etmirlər?..
Yadplanetli isə əmindir ki, möcüzə gözləmək lazım deyil, möcüzə bizim hər birimizin daxilindədir. Bu, sevmək, bir-birinin dərdinə, sevincinə şərik olmağı bacarmaqdır. O, hamını buna çağırır. Onun fikrincə, dünyada istedad incəsənətdən savayı mükəmməl heç yoxdur. Məgər sevgi istedad deyilmi?! Dünyanı bütün pisliklərdən o təmizləməyəcəkmi? Budur həqiqət! Yadplanetli ilə "Sara Bernar" Şekspir faciəsinin qəhrəmanları Romeo Cülyettanın ülvi məhəbbətini nümayiş etdirərək sanki onlara tamaşa edənlərə həyatın başlıca ali mənasına inamı təlqin edirlər.
Qəhrəmanlardan birinin dediyi kimi, bu böyük hissi tərənnüm edən Şekspirə həqiqətən eşq olsun!
Rejissor Bəhram Osmanovun məharətlə ilhamla səhnələşdirdiyi Raxmaninovun musiqisi ilə müşayiət olunan bu qeyri-adi tamaşada teatrsevərlər paytaxtımızın müxtəlif teatrlarında çalışan sevimli aktyorlarımızı - xalq artistləri Səyavuş Aslanı, Şükufə Yusupovanı, Məbud Məhərrəmovu, əməkdar artistlər Sənubər İsgəndərovanı, Ayan Mirqasımovanı, Rafiq Əliyevi, artistlər Fuad Osmanovu Firdovsi Atakişiyevi bir daha görürlər. Tamaşanın tərtibatçı rəssamı Nüsrət Hacıyevdir.
Müəllif pyesinə verilən quruluşdan razı qaldımı? Onun ideyası tamaşada təcəssümünü tapdımı?
AzərTAc-ın müxbirinin sualına yazıçı Elçinin cavabı qısa, ancaq mənalı oldu: "Tamamilə razıyam..."
Tamaşaçılar da bu fikrə şərikdirlər.

 

Azərbaycan.- 2007.- 29 mart.- S. 7.