Yudaşkinin yaz-yay kolleksiyası sərgiləndi
Modelyer geyimlərini təqdim etdi
Modelyer Valentin Yudaşkinin
"2007-ci il yaz-yay"
geyim kolleksiyası Heydər Əliyev adına Sarayda təqdim edilib. Təyyarədən enən
kimi "Maşın"
realiti-şousuna baş
çəkib, iştirakçılara
dəstək olan modelyer səhəri gün yeni kolleksiyalarıilə
paytaxt sakinlərini tanış etdi. Bundan öncə isə Faiq Ağayevin
yarım saatlıq proqramı təqdim olundu.
Modelyerin
özü ilə gətirdiyi 16 model bir-birindən gözəl geyimlərlə
podiuma çıxdılar.
Tədbirə tamaşa
edən yerli modelyerlərimiz həmin geyimlərin Şərq üsulubunda tikildiyini gizlətməyə çalışdılar.
Tədbirdən sonra mətbuat işçiləri
ilə söhbət edən V.Yudaşkin: "Milliyyətcə rusam. Şərqlə sıx ünsiyyətim olmasa da, onun üslublarından
istifadə edirəm. Yəni Şərqin geyimləri diqqətimi özünə cəlb edir. Bir çox
dünya geyimləri arasından Şərqə
məxsus işləmələr
o dəqiqə diqqəti çəkir. Çünki fərqlidir.
Sizə təqdim etdiyim kolleksiyalarımda da Şərq çalarlarından istifadə
etmişəm".
Söhbət
zamanı V.Yudaşkin
etiraf etdi ki, bu səfər
sırf təşkilatçının
deyil, özünün
təşəbbüsü ilə gerçəkləşib.
Azərbaycanın mədəniyyəti
və incəsəntinə
böyük maraq göstərdiyini bildirən
modelyer "Aleks" şirkətinin rəhbəri
ilə əlaqə yaradaraq kolleksiyalarını
burada sərgiləmək
təşəbbüsünü onun diqqətinə çatdırıb.
Qeyd edək
ki, V.Yudaşkinin ideyası əsasında tikilən paltarlar nəinki Rusiya, bir çox dünya ulduzlarının
qarderobunu zənginləşdirir.
1986-cı ildən fəaliyyətdə olan
44 yaşlı modelyerin
adını daşıyan
mode evi bir çox ölkələrdə məşhurdur.
Onun "Cənnət
quşları", "Milad
yuxusu", "Karusel
De Luvr", "Anna Karenina" kimi məşhur kolleksiyaları Fransa, İtaliya, Çin, Amerika və başqa dövlətlərdə
yüksək səviyyədə
qiymətləndirilib.
Kaspi.- 2007.-
16 mart.- S. 17.