Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək
"Ən böyük arzum incəsənət tarixində
uzunmüddətli əsər
bəstələməkdir"
Ötən ildən Şimali Kipr Respublikasında pedaqoyi fəaliyyətlə məşğul
olan Cavanşir Quliyev Bakı səfərini başa vurub yenidən qonşu ölkəyə üz tutdu. Xatırladaq ki, bəstəkar Yaxın Doğu Universitetinin səhnə sənəti fakültəsinin professorudur.
Səfərqabağı bəstəkarla
söhbətimizdən öyrəndik
ki, o, "Oğuznamə" adlı
baleti üzərindəki
işini artıq yekunlaşdırıb. Hazırda
isə baletin tamaşaya qoyulması mərhələsi başlayıb.
Bəstəkar tamaşanın
hansı teatrda və nə vaxt nümayiş etdiriləcəyi barədə
qəti fikrə gəlmədiyini söylədi.
Daha sonra bildirdi ki, bu
dəfə o, "Şəhriyar" kantatası
üzərində çalışır:
"Türkiyədə yaşayan cənublu soydaşımızın xahişi
ilə dahi şairə musiqi əsəri həsr etmək kimi çoxdankı istəyim
üst-üstə düşdü. Həmyerlimiz
Məhəmməd Şəhriyarın
əsərlərini mənə
təqdim etməklə
bu işə böyük köməklik
etmiş oldu. Artıq kantatanın hazırlıq mərhələsinə
başlamışam".
C.Quliyevin yaradıcılığının
yeni mərhələsini
"Tufan" adlı
balet təşkil edəcək. Öyrəndik
ki, akademik musiqi sahəsində onun meydana çıxarmaq
istədiyi növbəti
mövzu böyük tufan və Nuhun
gəmisi ilə bağlı əfsanə və rəvayətlərdir:
"Librettonun müəllifi
vaxtilə Anna Axmatovanın Rusiyanın 5
ən yaxşı gənc şairi sırasında adını
çəkdiyi Alla Axundovadır".
Cavanşir müəllim daha böyük planlarından və uzaq perspektivlərindən
bəhsedərək dedi
ki, ən böyük arzularından
biri incəsənət
tarixində ən uzunmüddətli əsərlərdən
birini bəstələməkdir.
Bəstəkar qeyd etdi ki, 12 gün
davam edəcək balet tamaşasının süyetini o, "Kitabi-Dədə Qorqud" dastanı üzərində qurmağı
nəzərdə tutub.
Yəni bəstəkar
hər gün eposun bir boyunun
tamaşasının nümayişini
nəzərdə tutub.
"Ola bilər ki, bu baletin
yazılmasına qalan
ömrümün hamısı
sərf olunsun. Amma ümid edirəm ki, arzuma çata biləcəyəm" - deyən
bəstəkar onu da qeyd etdi
ki, son zamanlar
Dədə Qorqudun şəxsiyyəti və
onunla bağlı hadisələrə fərqli,
daha doğrusu, hərtərəfli baxışlar
yaranıb. Söhbət
zamanı C.Quliyev vurğuladı ki, bu baletlə bağlı niyyətlərini
gerçəkləşdirmək ona nəsib olsa, sırf dastandan doğan mətləbləri əsas
tutaraq ordakı hadisələrin ardıcıllığını
saxlamağa çalışacaq.
Söhbətin sonunda bəstəkar kantata və baletlərinin Azərbaycan səhnəsində
də ifa edilməsini çox istədiyini qeyd etdi. Eyni zamanda,
təəssüfləndi ki,
çox zaman istəklə imkan və şəraitin düz gəlməyi müşkülə çevrilir.
Kaspi.- 2007.- 7 mart.- S. 17.