Heydər Əliyev Fondunun yeni layihəsi
“Hərəmiz bir ağac
əkək!”
Bu nəcib
təşəbbüs ölkəmizin hər yerində
dərin razılıq hissi ilə
qarşılanmışdır
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu
xalqımızın ən əziz bayramı olan Novruz
ərəfəsində daha bir yeni layihəsini
reallaşdırmağa başlamışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
işlənib hazırlanmış
“Hərəmiz bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı
ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış,
bu çağırış
ölkəmizin bütün
bölgələrində dərin
razılıq hissi ilə qarşılanmışdır.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən
diyara çevrilməsi
naminə başlanan bu hərəkatın
əhəmiyyətini yerlərdə
yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.
AzərTAc-ın müxbirlərinin bölgələrdə
keçirilən iməciliklərdən
hazırladıqları məlumatlar
da bunu təsdiq
edir.
Şamaxı rayonu
Şamaxı şəhərinin giriş qapısı
sayılan S.Ə.Şirvani küçəsində
iməcilik keçirilmiş, küçə boyu 500-dən
çox ağac əkilmiş, təmizlik və abadlıq
işləri aparılmışdır. İməciliyə
çıxanlar ağacların
qurumuş budaqlarını
kəsmiş, park və xiyabanlarda yenidənqurma işlərini
davam etdirmişlər.
Novruz bayramı günlərindən başlanan
kampaniya çərçivəsində
rayon üzrə 3 mindən çox ağac və müxtəlif gül kolları əkilmişdir.
Rayonun təhsil, səhiyyə işçiləri,
ali, orta-ixtisas və ümumtəhsil məktəblərinin, peşə
liseyinin tələbə
və şagirdləri
Heydər Əliyev Fondunun təşəbbüsünə
xüsusi həvəslə
qoşulmuşlar. Verilən
məlumata görə,
rayon ərazisindən
keçən magistral
yolun hər iki tərəfində yeni ağaclar əkiləcək və mövcud yaşıllıqlara
aqrotexniki qulluq göstəriləcəkdir.
Hacıqabul rayonu
Rayonun küçə, meydan, park və xiyabanlarında son bir
neçə gündə 10 minə yaxın bəzək
ağacı və gül kolu əkilmişdir. Regional tinglik təsərrüfatı 30 hektar
səhədə müxtəlif
növ bəzək ağacı və gül kolu tingləri
yetişdirmişdir. Heydər Əliyev
Fondunun nəcib təşəbbüsünə fəal qoşulan bölgələrə indiyədək
250 min ağac və gül kolu göndərilmişdir.
Əli Bayramlı
Şəhər sakinləri,
idarə, müəssisə
və təşkilatların
kollektivləri Heydər
Əliyev prospektində
və Asudə Vaxt Mərkəzinin həyətində qısa müddətdə
3 min ağac, 2 minədək gül kolu əkmişlər. Mərkəzi xəstəxana, təhsil
şöbəsinin və
şəhər bələdiyyəsinin
işçiləri istirahət
günlərində keçirilən
iməciliklərdə xüsusilə
fərqlənirlər. İcra
hakimiyyətindən verilən
məlumata görə,
Heydər Əliyev Fondunun nəcib çağırışına cavab olaraq 20 min ağac, 6 min gül kolu
əkilməsi, 2 hektar
sahədə yaşıllıq
zolağı yaradılması
nəzərdə tutulur.
Nizami rayonu
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin nəzdində
fəaliyyət göstərən “Neftçi” Gənclər
Şurasının üzvləri paytaxtın Nizami rayonu
ərazisində yaşıllaşdırma işləri
aparmış, son günlər ərzində ayrı-ayrı
küçələrdə 3 mindən çox ağac
əkmişlər.
Ötən həftə
Nizami Rayon İcra Hakimiyyəti, ARDNŞ-in Təhlükəsizlik
İdarəsi və “Neftçi” GŞ növbəti
ağacəkmə kampaniyası
keçirərək, rayonun
R. Rüstəmov küçəsində
1200-dən çox ağac əkmiş, abadlıq işləri aparmışlar. Tədbirdə
iştirak edən 500-dən çox vətəndaş ekologiyanın
yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.
Bildirilmişdir ki, son 1 ay ərzində
rayonun müxtəlif yerlərində 7 mindən
çox ağac əkilmişdir. Yaşıllaşdırma
işlərinin mövsümün
sonunadək davam etdirilməsi nəzərdə
tutulur.
İmişli rayonu
Rayon icra hakimiyyətindən bildirmişlər ki, Heydər
Əliyev Fondunun nəcib təşəbbüsünə
qoşulan minlərlə rayon sakini bayram günlərində
iməciliklərə çıxmışdır.
İmişli şəhəri və kəndlərdə
11 minə yaxın müxtəlif bəzək
ağacı və gül kolu əkilmiş,
3 hektar sahədə yaşıllıq zolağı
salınmış, ağacların
dibi bellənmiş və gövdəsi ağardılmışdır.
Ümumiyyətlə, yaz
mövsümündə rayonda
40 min ağac və gül kolu əkilməsi nəzərdə tutulur.
Göyçay rayonu
Göyçay rayonunda keçirilən
yaşıllaşdırma tədbirində idarə,
müəssisə və təşkilatların
nümayəndələri, gənclər xüsusilə
fəal iştirak etmişlər.
Rayon yaşıllıq
və abadlaşdırma
idarəsinin yaxından
dəstəyi ilə bir həftə ərzində Heydər Əliyev, Əli Kərim, M.Ə.Sabir parklarında, Heydər Əliyev prospekti, Natəvan, Nizami, Füzuli, M.Ə.Rəsulzadə küçələrinin kənarlarında,
təhsil, səhiyyə
ocaqlarının həyətyanı
sahələrində və
kəndlərdə 6 mindən
çox şam, küknar, çinar, sərv və palıd tingləri əkilmişdir.
Rayonda ağacəkmə
kampaniyası davam etdirilir və bu günlərdə daha 5 min ağacın
əkilməsi nəzərdə
tutulur.
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!”
təşəbbüsü rayonda gündən-günə daha geniş vüsət alır.
Nərimanov rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə işlənib
hazırlanmış “Hərəmiz bir ağac əkək!”
layihəsi çərçivəsində martın 28-də
Nərimanov rayonunda ümumrayon iməciliyi
keçirilmişdir.
İcra hakimiyyətinin
başçısı Abdin
Fərzəliyevin iştirakı
ilə Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindəki
parkda 200-dən çox həmişəyaşıl
ağacı əkilmişdir.
Bildirilmişdir ki, ümumilikdə bir gündə 2000-dən çox ağac əkiləcəkdir. Aprelin
sonunadək belə tədbirlər davam etdiriləcəkdir. Bu çağırış
ölkəmizin bütün
bölgələrində dərin
razılıq hissi ilə qarşılanmışdır.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıl
diyara çevrilməsi
naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.
Bütövlükdə rayonun
təhsil, səhiyyə,
mədəniyyət işçiləri,
gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri
kollektivlərinin üzvləri
böyük həvəslə
iməciliyə qoşulmuşlar.
Sabirabad rayonu
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac
əkək!” çağırışı Sabirabadda da
geniş əks-səda yaradıb. Rayonda
Novruz bayramı günlərində sakinlərin
birgə səyi ilə 3 minədək ağac, 1000-dən artıq gül kolları əkilib. Bu, işin başlanğıcıdır.
Ayrıca yaşıllaşdırma
proqramının həyata
keçirilməsi planlaşdırılır.
Hazırda tamamilə yenidən
qurulan Heydər Əliyev adına mədəniyyət və
istirahət parkında,
Heydər Əliyev prospektində, Heydər Əliyev abidə kompleksində, Mirzə Ələkbər Sabir abidə kompleksində, habelə şəhərin
bir sıra digər küçə və xiyabanlarında, kəndlərdə 20 min bəzək və meyvə ağacları, gül kolları basdırılması
nəzərdə tutulur.
İlk iməciliklərdə
25-dən artıq idarə, müəssisə
və təşkilatın
kollektivləri, yüzlərlə
sakin iştirak edib. Sonrakı mərhələdə yaşıllaşdırma
təşəbbüsünə dəstək verənlərin
sıralarının xeyli
genişlənəcəyi gözlənilir.
Xətai rayonu
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
başlanan “Hərəmiz bir ağac əkək!” aksiyasına
martın 28-də Xətai rayonunun fəalları da
qoşulmuşlar.
Həmin gün Aşıq Ələsgər
küçəsinin, Zığ
yolunun, Nobel və Gəncə prospektlərinin ətrafında
7 mindən çox palıd, şam ağacları, müxtəlif
dekorativ bitki və kollar əkilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri,
gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələrinin
kollektivləri iməcilikdə
böyük həvəslə
çalışmışlar.
Aksiya rayon ərazisində ayın axırınadək davam etdiriləcəkdir
Xalq qəzeti.- 2007.- 29 mart.- S. 4.