Məmmədov N.

 

Şərəfli missiya

 

Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi, mədəni həyatında qazandığı aparıcı mövqe Azərbaycan qadınlarının fəallığının bariz təsdiqidir

Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi amalı hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafını, Azərbaycanıın dünya dövlətləri arasında özünə layiqli yer tutmasını qüdrətlənməsini təmin etməkdir.
Ötən illərdə ölkəmizdə görülən genişmiqyaslı işlər, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən çoxşaxəli islahatlar Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin əməli işə çevrildiyinin sübutudur.
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə yoxsulluq içində yaşayan, qayğı diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti çox genişdir, Azərbaycan diyarının hər yerini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan-İrs" jurnalının Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva bu yaxınlarda İslam Ölkələri Təhsil, Elm Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adına da layiq görülmüşdür.
Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına xidmət edən bir sıra mühüm layihələrin müəllifi təşkilatçısıdır. "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" kimi vacib layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətdə razılıqla qarşılanmışdır. Son iki il ərzində Heydər Əliyev Fondunun xətti ilə ölkəmizin ən ucqar kəndlərində hər cür müasir avadanlıqla təchiz edilmiş 180 məktəb binası tikilib istifadəyə verilmiş, neçə-neçə orta məktəb əsaslı təmir olunmuşdur. Milli musiqimizin, muğamlarımızın təbliğində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Fondun təşəbbüsü ilə "Qarabağ xanəndələri" adlı disk buraxılmış, "Qarabağ həqiqətləri" adlı kitab nəşr edilmişdir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının ən mənzərəli yerlərindən olan Milli parkın ərazisində Beynəlxalq Muğam Mərkəzi inşa olunmaqdadır.
Azərbaycan idmanının inkişafı da daim Mehriban xanım Əliyevanı düşündürən məsələlərdəndir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım bu idman növünün ölkəmizdə inkişafı üçün mühüm işlər görmüş bütün bunların da nəticəsi olaraq Azərbaycan gimnastları son illərdə beynəlxalq turnirlərdən ən ali mükafatlarla vətənə dönmüşlər. Gimnastika üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ilk növbədə Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətinin uğurlu nəticəsidir.
Mehriban xanım Əliyeva həm bir deputat kimi seçicilərinin böyük rəğbətini qazanmışdır. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilmiş, bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi yenidən qurulmuşdur. Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə əməl edən Mehriban xanımı vaxtaşırı məktəblərdə, uşaq bağçalarında, sadə adamların əhatəsində görmək olar. Hər gün Heydər Əliyev Fonduna yüzlərlə məktub teleqram daxil olur, Mehriban xanım Əliyeva ilə görüşməyə can atanların, ona təşəkkür etməyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Bu, hər insana qismət olan səadət deyil. Bu xoşbəxtliyi Mehriban xanımın özü qazanıb, onun halal haqqıdır. Belə bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah niyyətindən digər ali insani keyfiyyətlərindən irəli gəlir.
23 noyabr 2006- ildə Mehriban xanım Əliyeva ona İSESCO-nun xoşməramlı səfiri adı verilməsinə həsr edilmiş mərasimdə demişdir
: "Biz öz fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırıq. Eyni zamanda, Heydər Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir. Biz bir il ərzində fondumuzda bir neçə beynəlxalq konfrans keçirmişik. Bütün bu tədbirlərə dünya şöhrətli alimləri dəvət edirik ölkəmizdə olan reallıqları, həqiqətləri onlara çatdırmağa çalışırıq. Bu da, öz növbəsində, dünyada Azərbaycanın həqiqi imicinin formalaşmasında böyük rol oynayır".
Mehriban xanım Əliyeva həm əsl vətənpərvər bir insan kimi tanınır. Belə ki, Heydər Əliyev Fondunun fəaliyyətində Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, milli-mədəni abidələrimizin dağıdılması ya erməniləşdirilməsi, azərbaycanlıların soyqırımı, erməni terror təşkilatlarının azərbaycanlılara qarşı cinayətkar əməlləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mühüm yer tutur. Bununla bağlı həyata keçirilən layihələrin müəllifi Mehriban xanım Əliyevadır. Fondun ötən il nəşr etdirdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusu Azərbaycan həqiqətlərinin dünyaya yayılması baxımından Mehriban xanım Əliyevanın fəaliyyətində ən uğurlu layihələrdən biridir. Bu il dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun göndərdiyi materiallardan geniş istifadə olunmuş, fondun təşəbbüsü ilə çəkilən sənədli film nümayiş etdirilmişdir.
Mehriban xanım Əliyevanın icimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri deputat kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrın reallaşmasına etdiyi kömək təsdiq edir.

Azərbaycan.- 2007.- 8 mart.- S. 3.