Avstriyadan 3 qadın gələcək

 

Avstriya Təhsil, Elm və Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələri üzrə baş direktoru, xanım B.Bök, muzey məsələləri üzrə mütəxəssis, xanım Dr. Doris A.Karner və Avstriya MiIIi Kitabxanasının baş direktoru, xanıın J.Raxinger martın 12-15-də Bakıda rəsmi səfərdə olacaq. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən nıəlumat verilib.

M.F.Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasının direktoru Kərim Tahirov isə APA-ya bildirib ki, martın 12-də kitabxanada Avstriya Milli Kitabxanasının direktoru ilə görüş keçiriləcək.

Qeyd edək ki, 2005-ci ildə Avstriya Milli Kitabxanası ilə Azərbaycanın Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Bu müddət ərzində kitabxanalar bir-birinə müxtəlif kitab bağlamaları göndərib.

K.Tahirovun bildirdiyinə görə, avstriyalı oxucuları daha çox ölkəmizin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə aid kitablar maraqlandırır. K.Tahirov onu da bildirib ki, Milli Kitabxanada 60 min kitab artıq elektron kataloqa salınıb.

 

Ekspress.- 2007.- 8-9 mart.- S. 13.