Bəzi kitabxana filialları fəaliyyətini dayandıracaq
Dövlət vəsaitinə qənaət
edilir
Mədəniyyət və Turizm Nazirliyinin bəzi kitabxanaların fəaliyyətini dayandırması
ilə bağlı məlumatı özünü
doğruldur. Nazirliyin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın
sözlərinə görə,
bəzi kitabxana filiallarının bağlanması
nəzərdə tutulub.
Onun dediklərindən
məlum oldu ki, filiallar bağlandıqdan
sonra vaxtilə onlara ayrılan vəsait bir kitabxanaya sərf ediləcək. L.Məmmədova
söyləyir ki, burada söhbət əsasən kənd kitabxanalardan gedir: "Yəni 100-150 adam yaşan yerlərdə kitabxana inşa edilib. Az əhali
yaşayan yerlərdə
çox yaxınlıqda
yerləşən kitabxanalara
ehtiyac yoxdur. Ona görə də qərara alınıb ki, kitabxanaların filiallarının
işi dayandırılsın.
Əvəzində digər
kitabxanalara ayrılan maliyyə vəsaitinin həcmi artacaq. Yəni kiçik və lazımsız kitabxanalara ayrılan vəsait indi bir kitabxanaya
sərf ediləcək
ki, bu, həm
dövlətin vəsaitinə
qənaət edilməsinə
səbəb olacaq, həm də böyük kitabxanaların
fondunun zənginləşməsi
ilə nəticələncək".
Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşının
dediyinə görə,
artıq bu məqsədlə layihə
də hazırlanıb.
Layihə təsdiqləndiqdən
sonra iş başlayacaq. L.Məmmədova
əlavə etdi ki, kitabxanaların fəaliyyəti kütləvi
şəkildə dayandırıla
bilməz. Çünki
kitabxanaların böyük
əhəmiyyəti var
və burada xeyli sayda insan
çalışırlar. Ona
görə də hələlik 4 rayonda bu layihə həyata keçiriləcək.
Layihə nəticəsində
yalnız bir-birinə yaxın yerləşən kitabxanaların
bağlanması nəzərdə
tutulub.
Kaspi.- 2007.- 20-27 mart.- S. 17.