Ermənilər Milli Kitabxananın saytını dağıdıb Xocalı faciəsini əks etdirən səhifə bərpa olundu


M.F.Axundov adına Milli Kitabxananın saytı dağıdılıb. Martın 1 səhərdən etibarən kitabxananın www.anl.az ünvanlı saytı işini dayandırıb. Bu barədəOlaylara kitabxananın direktoru Kərim Tahirov məlumat verib:
Səhər xəbər tutduq ki, sayt açılmır. Yəni ana səhifə ilə, Xocalı faciəsini əks etdirən səhifə korlanıb. Qalan materiallar isə yerindəydi. Xoşbəxtlikdən bu səhifənin arxiv materialları saxlanılır. Həmin materillar əsasında bir neçə saatdan sonra saytın fəaliyyətai bərpa olundu”. K.Tahirovun sözlərinə görə, saytın korlanması erməni hakerlərinin işidir. Çünki onlar belə bir səhifənin açılacağı təqdirdə bu addımı atacaqlarına dair öncədən xəbərdarlıq etmişdilər: “Mütəxəssislər bildirdilər ki, bu erməni hakerlərinin işidir. Həm onlar belə bir səhifənin açılacağı təqdirdə hakerlik edəcəklərini bildirmişdilər. Sadəcə, onu demək istəyirəm ki, bizdə arxiv materialları var. qədər saytı pozsalar, biz yenə onu bərpa edəcəyik”.

Azadlıq.- 2007.-  2 mart.- S. 13.