Gənclər ilinin elan edilməsi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir

 

 

AzərTAc xəbər verir ki, fevralın 27- "Park İnn-Azərbaycan" mehmanxanasında gənclər idman, mədəniyyət turizm nazirliklərinin təşkilatçılığı ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
Tədbirdə gənclər idman naziri Azad Rəhimov, mədəniyyət turizm naziri Əbülfəs Qarayev 10 il bundan əvvəl "Gənclər günü"nün təsis edilməsini ümummilli lider Heydər Əliyevin gənclərə yüksək qayğısı diqqətinin ifadəsi kimi qiymətləndirmişlər.
Natiqlər Prezident İlham Əliyevin 2007-ci ilin gənclər ili elan edilməsi barədə sərəncamının dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm mərhələ açacağını söyləmiş, il çərçivəsində görüləcək işlər qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, tədbirlər planına əsasən cari ildə gənclər fondu klubu yaradılacaq, müxtəlif mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.
Dövlət hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərinin iştirak etdiyi tədbir bədii hissə ilə davam etmişdir

 

Azərbaycan.- 2007.- 1 mart.- S.2.