İsmayılova X.

 

Qayğı və diqqət

 

Kitabxanaçılıq cəmiyyətə ən azı müəllim kimi, həkim kimi az müəllim cəmiyyətin elmi dünyagörüşünü formalaşdırırsa, həkim fiziki sağlamlığımızın qayğısına qalırsa, kitabxanaçı cəmiyyətin mənəvi saflığının, sağlamlığının keşiyində durur, insanların illərlə qazandıqları təcrübənin,  yaratdıqları elmi-mənəvi-mədəni xəzinənin qoruyucusu, təbliğatçısı gələcək nəsillərə ötürücüsü olan məhz kitabxanaçıdır.

ömründə bir dəfə də olsa yolu kitabxanaya düşən, kitabxanaçı xidmətindən istifadə edənlər kitabxanaçı əməyinin nə demək olduğunu yaxşı anlayırlar. Kitabxanalar cəmiyyətə açıq, sosial institutdur. Cəmiyyətə təmənnasız məlumat xidməti göstərən kitabxanaçıların diqqətə, qayğıya bəlkə hamıdan çox ehtiyacı var. Öz sənətini sevən, az maaşla fədakar əmək sərf edən bu sadə insanları kiçicik diqqət, azacıq qayğı belə həyata, fəaliyyətə ruhlandırır.

Unutmaq lazım deyil ki, hər bir sahənin taleyi, inkişafı onun mütəxəssislərinin əlindədir. Azad, demokratik cəmiyyətdə hər kəs layiq olduğu səviyyədə qiymətləndirilməlidir ki, onun müqabilində bilik bacarığını həvəslə işlədiyi sahəyə maksimum sərf etsin.

Ölkə Prezidentinin son aylarda verdiyi fərmanlar hamı kimi, mədəniyyət işçilərini, eləcə kitabxanaçıları da hədsiz sevindirmişdir. Vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmağa, maddi rifah halını yüksəltməyə xidmət edən, əmək haqlarının artırılması haqda qəbul edilən qərarlar insanlarda həyata özünə inam, gələcəyə ümid fəaliyyətlərində yüksək məsuliyyət hissi yaratmışdır. Mən bütün mədəniyyət işçiləri adından möhtərəm Prezidentimiz İlham Əliyevə göstərdiyi diqqət qayğıya görə, öz təşəkkürümüzü bildirir, bundan sonra biz kitabxanaçılar isə daha həvəslə, oxucuların xidmətində layiqincə durmağa söz veririk.

 

Respublika.- 2007.- 6 mart.- S. 4.