Qurbanqızı Z.

 

Kütləvi kitabxanalar şəbəkəsi genişlənir

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət proqramı"nda bir sıra şəhər rayon kitabxanalarında ictimai hüquqi-informasiya mərkəzlərinin yaradılması Mədəniyyət Turizm Nazirliyi qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu işi həyata keçirmək üçün nazirlik "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsi ilə danışıqlar apararaq bir sıra nazirlik, idarə kitabxanaların Rusiya Federasiyasının hüquqi bazasına daxil olması barədə razılıq əldə etmişdir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən İctimai Hüquqi İnformasiya Mərkəzinin açılış mərasimində bu istiqamətdə görülmüş nəzərdə tutulan işlərdən danışılmışdır.

Tədbiri C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq mərkəzin açılmasının böyük hadisə olduğunu nəzərə çatdırdı sonra söz Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevə verildi. O bildirdi ki, respublikada kitabxana şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən bu ilk layihə bundan sonra da uğurla davam etdiriləcəkdir. Belə ki, Mədəniyyət Turizm Nazirliyinin şəbəkəsinə aid olan M.F.Axundov adına Milli Kitabxana, V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanasında, Əli Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir Sumqayıt şəhərlərinin, Goranboy, Xaçmaz, Şamaxı, Kürdəmir, Qəbələ, Zaqatala, Ucar, Bərdə, Qazax, Neftçala rayonlarının mərkəzi kitabxanalarında Naxçıvan Muxtar Respublikasının M.S.Ordubadi adına Respublika Kitabxanasında da mərkəzlər yaradılacaqdır. Artıq bu mərkəzlər üçün müəyyən sayda hüquqi ədəbiyyat alınmışdır.

Qeyd edək ki, Rusiya Federasiyasının informasiya bazasına daxil olan 35 məntəqə arasında Prezident kitabxanası, Milli Məclisin, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin kitabxanaları, AMEA-nın Mərkəzi Elmi Kitabxanası s. vardır.

Nazir onu da vurğuladı ki, Rusiyadan Azərbaycana dəvət olunmuş 3 mütəxəssis tərəfindən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yerli mütəxəssislər üçün 3 günlük treninq keçirilmiş bu işdə "İnformasiya hamı üçün" YUNESKO Proqramının Rusiya Komitəsinin sədri, Rusiya Kitabxana Assosiasiyasının vitse-prezidenti, professor Y.Kuzminin böyük xidmətləri olmuşdur.

Rusiyalı qonaq Y.Kuzmin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıqdan razı qaldığını bu işlərin davam etdiriləcəyini dedi.

Həmin gün həmçinin Azərbaycanın kitabxanaçılıq tarixində ilk dəfə olaraq rus Azərbaycan dillərində yazılmış "Kitablar biliklər cəmiyyətində" adlı kitabın təqdimatı olmuşdur. Kitabda hər iki ölkənin tanınmış alim mütəxəssislərinin məqalələri dərc edilmişdir. Məcmuənin "Əlavə"lər adlı bölməsində "Biliklər iqtisadiyyatının Azərbaycan modelinin konsepsiyası (nəzəri aspektlər)", "2015-ci ilədək Azərbaycan Respublikasında kütləvi kitabxanalar şəbəkəsinin inkişaf konsepsiyası" da verilmişdir.

Tədbirlər çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Y.Kuzminin "Uşaq, yeniyetmə gənclərin mütaliə problemlərinin" həllində kitabxanalan rolu mövzusunda mühazirəsi dinlənilmiş mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Respublika.- 2007.- 2 mart.- S. 11.