İslam Konfransı Təşkilatının
yüksək səviyyəli
ekspertlər qrupu olan Mədəni və Sosial məsələlər üzrə
İslam komissiyasının
martın 6-da Ciddədə
işini tamamlamış
iclasında qəbul olunan qətnamədə
1992-ci ilin fevralında
baş vermiş Xocalı faciəsi erməni silahlı qüvvələrinin
azərbaycanlı dinc
əhaliyə qarşı
kütləvi qırğını
kimi qiymətləndirilmişdir.
Xarici İşlər Nazirliyinin
mətbuat mərkəzindən
AzərTAc-a bildirmişlər ki, qətnamə İslam Konfransı Təşkilatının
dialoq və əməkdaşlıq uğrunda
Gənclər Forumu tərəfindən irəli
sürülmüş və
üzv ölkələr
tərəfindən yekdilliklə
qəbul edilmişdir.
Sənədə əsasən,
foruma qətnamənin
müddəalarından irəli
gələn əməli
işlərin görülməsi
tapşırılmışdır.
Azərbaycan.- 2007.- 8 mart.- S. 6.