Milli Kitabxana kompüter
sisteminə keçib
M.F.Axundov adına Milli Kitabxana artıq kompüter sisteminə keçib. Bu barədə kitabxananın
direktoru Kərim Tahirov bizimlə söhbətində məlumat
verdi. Onun sözlərinə görə,
kitabxananın internet saytı da oxucuların
ixtiyarına verilib:
"Milli Kitabxananın
kompüter sisteminə
keçməsi oxucular
və kitabxana işçiləri üçün
də əlverişli,
rahatdır. Oxucular axtardıqları ədəbiyyat
siyahısını əvvəlki
vaxtlara nisbətən
indi rahat şəkildə tapa bilirlər. Əvvələr
oxucularımız sözügedən
problemlə demək olar ki, həmişə
qarşılaşırdılar. İstədikləri kitabları
tapa bilmirdilər. Halbuki onların axtardıqları ədəbiyyat
kitabxanamızda var. Kitabxananın internet saytı da yaradılıb.
Oxucular arsında apardığımız manitorinq
zamanı məlum oldu ki, mütamadi
olaraq kitabxananın saytına müraciət edilir. İnternet saytımız yaradıldıqdan
sonra 20012 nəfər
ondan istifadə edib. Onu da
əlavə edim ki, təkcə fevral ayı ərzində 2755 nəfər
internet saytına müracət edib. Müşahidələr onu
deməyə əsas verir ki, internet
saytının açılması
oxuculara çox kömək edir. Həmin sayta əsasən oxucuların ən çox istifadə etdiyi ədəbiyyatların siyahısını
yerləşdirmişik".
Kitabxananın oxucularının
siyahısını nə
qədər təşkil
etməsinə gəldikdə,
K.Tahirov dedi ki, bu rəqəm
hər ay artır: "Milli Kitabxana olduğundan bizə müraciət edənlərin sayı hər ay artır.
Keçən ilin göstəricilərinə görə
35 minə yaxın oxucumuz qeydiyyatdan keçib. Butövlükdə
oxucuların sayı
245 mindən artıqdır.
Hər gün kitabxanaya 736-820 nəfər
oxucu gəlir. Onların hamısı lazım olan ədəbiyyatları sərbəst
və əziyyət çəkmədən kötürüb
oxuyur". Kitabxananın
direktoru dünya ölkələrinin 56 məhşur
kitabxanasıyla əməkdaşlıq
etdiyini dedi: "2006-cı ildə dünya kitabxanalarından
1237 kitab almışıq,
928 kitab isə xarici kitab evlərinə
göndərilib. Biz ötən il ərzində Avstriya, Rusiya, Türkmənistan, Türkiyə, Latviya, Qazaxıstan və s. ölkələrlə əlaqələri genişləndirmişik".
Bəs oxucular yeni sistemlə bağlı nə düşünür? BDU-nun
tələbəsi Zümrüd
Qurbanova M.F.Axundov adına Milli Kitabxananın kompüter siteminə keçəsini
alqışladığını dedi. Amma o,
ədəbiyyatların az
olmasından gileyləndi:
"Yeni sistemə keçilməsi yaxşı
haldır. Ancaq elə ədəbiyyat lazım olur ki, onları kompüterdə tapmaq olmur. Belədə əlavə nə qədər vaxt sər etməli oluruq. Oxucu zalları
qışda soyuq, yayda isə isti olur. Biz
oxucular bundan əziyyət çəkirik".
Xalq cəbhəsi.- 2007.- 13 mart.- S. 13.