Qarabağlı S.

 

Azərbaycan mədəniyyəti fransızları hər zaman məftun etmişdir

 

Ölkəmizin başçısı, möhtərəm İlham Əliyev fevral ayının əvvəllərində Fransada dövlət səfərində olarkən Fransa Respublikasının Prezidenti Jak Şirak öz çıxışında demişdir: "Bölgədəki xalqların özünəməxsusluğu Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında Fransada və Avropada ən yaxşı tanınan Aleksandr Dümanın "Qafqaza səyahət" əsərində təsvir olunmuşdur. 1858-ci ildə Bakıda Düma qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti fəlsəfəsinə marağına valeh olmuşdur. Paytaxt şəhərinin cazibəsinə vurulmuş Düma şirin poeziya ənənələrinin onun böyük nümayəndələrinin , o cümlədən məşhur Nizami Gəncəvinin əsərlərinin böyük şairimiz Natəvanın heyranedici təsirinə qapılmışdır. Belə deyirlər ki, Natəvan öz istedadı gözəlliyi ilə onu məftun etmişdir".
Tarixdən məlumdur ki, həmin görüş zamanı Xan qızı Xurşudbanu Natəvan Aleksandr Düma (ata) ilə şahmat oynamış, böyük şairimiz, Qarabağın sonuncu hökmdarı fransız yazıçısına qalib gəlmişdir. Məğlub olduğunu görən Düma özüylə gətirdiyi şahmatı görkəmli fransız sərkərdəsi Napoleonun kiçik büstünü X.Natəvana bağışlamışdır. Xan qızının həyat yoldaşı, fransız dilini öz ana dili qədər təmiz səlis bilən knyaz Xasay xan İsmiyevə isə A.Düma "Devim" tipli tapança hədiyyə etmişdir.
Xan qızı Natəvanın da fransalı qonağa ərməğanı olmuşdur. Bu barədə A.Düma özünün "Qafqaza səyahət" əsərində belə yazırdı: "Bir saatdan sonra Xasay xandan təmiz fransızca yazılmış bu məzmunda bir məktub aldım: "Möhtərəm cənab, siz ən yaxşı silaha maliksiniz, sizin kolleksiyanıza bir şey əlavə etmək məqsədilə bu iki arxalıqla kisəciyi qəbul etmənizi knyaginya sizdən xahiş edir. Kisəcik knyaginyanın öz əli ilə toxunmuşdur".
Əsərdə A.Düma X.Natəvanın yadigar olaraq ona bağışladığı əl işini, kisəciyi xüsusilə qiymətləndirmişdir.
Dümanın şairəyə bağışladığı şahmatın fiqurlarından bir neçəsi N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, bir neçəsi R.Mustafayev adına Dövlət İncəsənət muzeyində saxlanılır. Napoleonun büstü isə xan qızı Natəvanın nəticəsi Leyla xanım İsmiyeva tərəfindən Üzeyir Hacıbəyovun ev-muzeyinə verilmişdir.
Azərbaycan mədəniyyəti, ədəbiyyatı XIX, XX əsrlərdə Fransada geniş təbliğ olunmuş fransızlar arasında çox böyük maraq doğurmuşdur.
Dünya şöhrətli dahi bəstəkarımız Ü.Hacıbəyovun kiçik qardaşı Ceyhun bəy Hacıbəyli hələ keçən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyət göstərmişdir.
C.Hacıbəyli 1916- ildə Sorbonna Universitetini bitirmiş, bacarıqlı mütəxəssis kimi doğma Azərbaycana qayıtmışdır. Bakıda müxtəlif qəzet jurnallarda mühərrir tərcüməçi olaraq çalışmışdır. 1918-ci ildən dərc edilən "Azərbaycan" qəzetinin ilk baş redaktoru olmuşdur. 1919-cu ildə Ceyhun bəy Azərbaycan Demokratik Cümhuriyyətinin nümayəndə heyətinin məsul katibi kimi Fransaya "Versal" sülh konfransına yola düşmüşdür. Lakin 1920-ci ilin 28 aprelində vətənimiz rus qoşunları tərəfindən işğal olunduqdan sonra Fransaya gedən nümayəndələrin hamısı kimi C.Hacıbəyli bir daha Azərbaycana qayıtmamış, ömrünün sonuna qədər (1962) mühacirətdə, Fransada yaşamışdır.
Ceyhun bəy Hacıbəyli "Azadlıq" radiosunun yaradıcılarından biri olmuş, Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan çalışmış, eləcə milli mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın Avropada geniş təbliği ilə məşğul olmuşdur. 1925-ci ildə Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasını fransız dilinə çevirərək Parisdə tamaşaya qoymuşdur. Əsər fransızlar tərəfindən çox böyük maraqla qarşılanmışdır. Bundan əlavə, C.Hacıbəyli XIX əsrin əvvəlləri "Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov", "Qarabağ (Qafqaz Albaniyasi) dialekti folkloru" əsərlərini Parisdə çıxan "Jurnal Aziatik" dərgisində dərc etdirmişdir. Ceyhun bəy ömrünün son illərində keçmiş SSRİ-ni öyrənən institutun Parisdə, fransız dilində nəşr etdiyi "Qafqaz" jurnalının Azərbaycan bölməsində dərc edilən məqalələrin hazırlanması nəşri ilə məşğul olmuşdur.
Fransa ictimaiyyəti hələ o illərdən Azərbaycan incəsənəti mədəniyyəti ilə tanış idi. 1958-1969-cu illərdə Fransa Respublikasının Prezidenti olmuş general Şarl de Qoll "Koroğlu" dastanını oxuduğunu Üzeyir bəy Hacıbəyova söyləmişdir. De Qolla Üzeyir bəyin görüşü 1944-cü ildə Bakıda olmuşdur.
Fransanın Milli Qəhrəmanı Şəkili Əhmədiyyə Cəbrayılovun yaxın dostu olan general Şarl de Qoll faşist Almaniyası qarşısında Fransa təslim olduqdan sonra, ölkənin dirçəlişi naminə fransızların vətənpərvərlik hərəkatına rəhbərlik etmişdir. O özünün öndərliyi altında vətənpərvərlərdən ibarət müqavimət dəstələri yaratmışdır.
1944-cü il, noyabr ayının 26-da De Qoll rəhbərlik etdiyi müvəqqəti Fransa hökumətinin nümayəndə heyəti, o cümlədən xarici i
şlər naziri Jorj Bido ilə birlikdə Moskvaya getmək üçün Tehrandan Bakıya gəlmişdir. Noyabrın 27- Azərbaycan Dövlət Opera Balet Teatrında De Qoll üçün məxsusi olaraq Ü.Hacıbəyovun məşhur "Koroğlu" operası göstərilmişdir. Tamaşa zamanı generalın əsərin müəllifi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyovla tanışlığı baş vermişdir. Görüş olduqca səmimi keçmişdir. "Koroğlu" operasına tamaşa edən De Qoll əsərdən vəcdə gəldiyini bildirmişdir. Üzeyir bəy operanın məzmununu qonağa anlatmaq istərkən Şarl de Qoll demişdir ki, o, "Koroğlu" dastanı ilə tanışdır. Onu Fransada çıxan "Vətən xatiratı"nda oxumuşdur.
Azərbaycan operalarının tacı olan "Koroğlu"nu de Qoll çox bəyəndiyini, əsərdən zövq aldığını söyləmiş onun müəllifi Üzeyir bəy Hacıbəyovla tanışlığından məmnun qaldığını dönə-dönə vurğulamışdır. Tamaşadan sonra böyük siyasi xadim qatarla Moskvaya yola düşmüşdür.
Mədəniyyətimizlə yüksək səviyyədə tanış olan, maraqlanan Fransa xalqı həmişə Azərbaycanın mədəni irsinə valeh olmuş məftunluğunu heç zaman gizlətməmişdir.
Məlumdur ki, bütün dünyada olduğu kimi, Fransada da Üzeyir bəy Hacıbəyov onun həmişəyaşar əsərləri ilə çox maraqlanırlar. Hətta 2004-cü ildə, mən hələ Üzeyir Hacıbəyovun ev-muzeyində çalışdığım zaman Parisdən rejissor Dominik Domiyo aktrisa Selin Bark muzeyə gəlmişdilər. Mənim haqqımda onlara tanınmış həmyerlimiz Azərbaycanı layiqincə Fransada təmsil edən Şirin xanım Melikoff söyləmiş fransalı sənətkarlara mənimlə görüşməyi tövsiyə etmişdir. O zaman çox böyük ümidlərlə Bakıya təşrif buyurmuş qonaqlar Üzeyir bəy Hacıbəyovun bütün Şərq aləmində ilk operası olan "Leyli Məcnun" əsərini Parisdə tamaşaya qoymaq arzularını bildirmişdilər. Bu xəbər, təbii ki, Üzeyir bəy yaradıcılığının vurğunu, üzeyirbəyşünas kimi məni çox sevindirmişdi.
Bununla bağlı əlimdən gələn köməyi onlara göstərməyə çalışmışdım. Ü.Hacıbəyovun həyat fəaliyyəti ilə qonaqları yaxından tanış etmiş, onlara böyük sənətkar haqqında sənədli film nümayiş etdirmişdik. Görüş zamanı fransalı sənət adamlarına "Leyli Məcnun" operasının klavir partiturasını, eləcə Üzeyir bəy Hacıbəyov barədə Azərbaycan fransız dillərində yazılmış bir neçə kitab hədiyyə vermişdim.
Onu da xüsusi olaraq qeyd edim ki, Üzeyir bəy Hacıbəyovun "Leyli Məcnun" operasının librettosunu Ceyhun bəy Hacıbəyli fransız dilinə çevirmişdir. Karandaşla yazılmış həmin faciənin əlyazmasını digər sənəd fotolarla bərabər xalqımızın ziyalı oğlu, sözün əsl mənasında, böyük vətəndaş Ramiz Abutalıbov 2001-ci ildə Üzeyir Hacıbəyovun ev-muzeyinə ərməğan olaraq təqdim etmişdir.
Artıq bir neçə ildir ki, fransızlar öz ölkələrində 2008-ci ildə 100 illiyini qeyd edəcəyimiz Şərqin ilk qaranquşu olan "Leyli Məcnun" operasını tamaşaya hazırlamaq arzusu ilə yaşayırlar.
Şübhəsiz ki, bu sənət incisinin Avropada, xüsusilə Fransada teatrın repertuarında yer alması olduqca ön
əmli qürur duyulacaq bir məsələdir. İnanırıq ki, əlaqədar təşkilatlar bu məsələnin həlli ilə ciddi maraqlanacaq, Fransanın paytaxtı Paris şəhərində "Leyli Məcnun" operasının səhnələşdirilməsinə nail olacaqlar. Bununla da Fransa xalqı bir daha Azərbaycan mədəniyyətinə incəsənətinə valeh qalacaq, Üzeyir bəy Hacıbəyov sənəti qarşısında heyrətə gələcəklər. bu da Fransada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinə ən dəyərli töhfə olacaqdır.

Azərbaycan.- 2007.- 10 mart.- S. 10.