Zəhra

 

Yeni dövrün kitabxanası: günün tələbi və görülən işlər

 

Kitaba, mütaliəyə, informasiya almağa marağı olan hər bir şəxs, heç şübhəsiz ki, internetlə təmin olunmuş kifayət qədər operativ xidmət göstərən informasiya mərkəzinə-kitabxanaya daim ehtiyac duyur. Məhz bu nöqteyi-nəzərdən kitabxanalarımızın müasir durumu ilə tanışlıq yəqin ki, çoxlarına maraqlı görünə bilər. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli bu fikirdədir. "Bu gün kitabxanalara getdikcə artan maraq, xüsusən gənc nəslin yenidən kitabxanalara üz tutması bizi sevindirir" – deyən direktor, insanların kitabdan aralı düşməsi fikri ilə razılaşmır. 2006- il üçün elmi-tədqiqat işlərinin planına əsasən Mərkəzi Elmi Kitabxana elmi-tədqiqatların istiqamətlərinə uyğun milli xarici elmi çap elektron nəşrlərlə komplektləşdirilməsi, elmi fondların bərpası konservasiyası, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətinin 2 problemi üzrə aparıb. Bunlar "Kitabxanaşünaslığın nəzəri təcrübi məsələlərinin elmi təşkili" "Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı"dır. 8 elmi-nəzəri, tətbiqi elmi-praktiki movzunun 31 işinin müvafiq mərhələləri yerinə yetirilib. "Kitabxanaşünaslığın nəzəri təcrübi məsələlərinin elmi təşkili" probleminə daxil olan 7 mövzu üzrə 23 tədqiqat işi aparılıb. Azərbaycan MEA-nın elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatların mövzularının təhlili həyata keçirilib elmi ədəbiyyatın komplektləşdirilməsinin profili müəyyənləşdirilib. Cari ildə daxil olan kitabların uçotunun (aktlaşma) avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi davam etdirilib. Ötən il kitabxanaya 16 081 nüsxə ədəbiyyat daxil olub (əlavə 3752 nüsxə ədəbiyyat xarici dildədir). İl ərzində 1794 avtoreferat 36 nüsxə dissertasiya qəbul edilib. Şəbəkə kitabxanalarına 7578 nüsxə ədəbiyyat daxil olub, eyni zamanda Şərq ölkələrinə 330, Qərbi Avropa ölkələrinə 914, MDB ölkələrinə 1514 nüsxə ədəbiyyat göndərilib. Xidmət şöbəsi müasir tələblərə cavab verən kompüter texnologiyalarının tətbiqi yolu ilə xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış rejimdə oxucu qeydiyyatını davam etdirib. Bu proqram abonentlərin qeydiyyatını, müxtəlif parametrlərdə axtarışını, verilən qaytarılan ədəbiyyatın qeydiyyatını, borclu olan oxucuların avtomatlaşdırılmış nəzarətini həyata keçirməyə imkan verir. MEK- onun şəbəkə kitabxanalarında aktual elmi mövzularda, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərinə, görkəmli dövlət, elm mədəniyyət xadimlərinin, yazıçı şairlərin yubileylərinə həsr olunmuş konfrans, seminar başqa tədbirlərlə bağlı 131 sərgi təşkil edilib. Dünyanın 60 ölkəsinin 500-dən artıq elmi təşkilatı ilə sıx əməkdaşlıq edən Mərkəzi Elmi Kitabxana hər il həm Azərbaycanda, həm xarici ölkələrdə sərgilər təşkil edir. ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dersinin digər xarici qonaqların qatıldığı "Bencamin Franklin dövlət xadimi diplomat" adlı sərgi kitabxanada təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdən olub. Kitabxana həmçinin ötən il oktyabr ayının 4-dən 8-dək Almaniyanın Frankfurt şəhərində keçirilən ənənəvi Beynəlxalq kitab sərgisində oktyabr ayının 27-dən noyabr ayının 4-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş 25-ci Beynəlxalq kitab sərgisində uğurla iştirak edib. Sərgilərin işində göstərdiyi fəallığa, nümayiş etdirdiyi kitabların elmi, bədii-estetik tutumuna görə xüsusi diplomlara layiq görülüb. Mərkəzi Elmi Kitabxana Azərbaycanla Almaniyanın birgə "İnsanlar kitablar" layihəsinin qalibi olub, kitabxanaya 5 min avro dəyəri olan kitablar hədiyyə edilib. Növbəti illərdə kitabxanaya bu layihə çərçivəsində ümumilikdə 15 min avroluq ədəbiyyat daxil olacaq. Son illərdə Mərkəzi Elmi Kitabxananın nəşriyyat fəaliyyəti xeyli inkişaf edib. Təkcə ötən ildə kitabxanada Abuzər Xələfovun " Heydər Əliyev Azərbaycanda kitabxana işi", "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər proqnozlar" adlı kitabları, "Elmi əsərlər"in VII buraxılışı, "Azərbaycan MEA nəşrlərinin biblioqrafiyası. İllik. 1985" adlı biblioqrafik toplu, "Aqil Əlirza oğlu Əliyev", "Azad Mövlud oğlu Nəbiyev", "Şıxbala Əbülfəs oğlu Əliyev" adlı biblioqrafik göstəricilər çap olunub. Kitabxanada kadr hazırlığı işinə xüsusi önəm verilir. Hazırda aspiranturada 4 nəfər aspirant təhsil alır. Bundan əlavə, kitabxananın 7 dissertantı da var. Ötən il kitabxana üçün elmi konfransların keçirilməsi nöqteyi-nəzərindən uğurlu olub. Kitabxanada bir neçə sanballı elmi konfrans təşkil edilib. Bu il AMEA Mərkəzi Elmi Kitabxanası Elmi-tədqiqat müəssisələri kitabxana şəbəkəsinin Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin yaradılması proqramı hazırlanıb. Həmin proqrama əsasən "İRBİS-64" avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin tədrisi MEK-in əməkdaşları üçün təşkil olunub. Proqramda nəzərdə tutulmuş digər tədbirlərlə bağlı işlər – AMEA şəbəkə kitabxanalarının əməkdaşlarının tədrisinin təşkili, "İRBİS-64" avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin şəbəkə kitabxanalarında yerləşdirilməsi başlayıb. "Azərbaycanşünaslıq" elektron informasiya mərkəzinin yaradılması işi müvəffəqiyyətlə yerinə yetirilib. "Azərbaycanın tarixi", "Azərbaycanın iqtisadiyyatı", "Azərbaycanın elmi", "Azərbaycanın mədəniyyəti" adlı məlumat bankları yaradılıb. "Azərbaycan dilində elmi ədəbiyyatın elektron kataloqunun yaradılması" işi üzrə Azərbaycan dilində cari ədəbiyyatın elmi təsviri elektron kataloqa daxil edilməsi mərhələsi həyata keçirilib. Elektron kataloqa 3500 adda yeni kitab daxil edilib. "Azərbaycanda neft" elektron bibloqrafik göstəricisinin formalaşdırılması" üzərində aparılıb. Həmin işin "Azərbaycanda neft" elektron biblioqrafik göstəricisinin məlumat bazasının yaradılması mərhələsi yerinə yetirilib. İl ərzində "Azərbaycanda neft" məlumat bazasına 1500 adda sənəd daxil edilib. "Azərbaycan Milli Elmlər Akademiyasının alimləri" elektron biblioqrafik göstəricisinin formalaşdırılması çərçivəsində "AMEA-nın alimləri. 1-ci hissə. Humanitar ictimai elmlər" elektron biblioqrafik göstəricisi üçün materiallar toplanmış məlumat bazası yaradılıb. Buraya humanitar ictimai elmlər üzrə 34 görkəmli alimin həyatı, elmi ictimai fəaliyyəti ilə bağlı əsas məlumatlar əlavə olunub. 2006- ildə Mərkəzi Elmi Kitabxananın veb-səhifəsinin təkmilləşdirilməsi davam etdirilib. www.csl-az.com ünvanlı saytın rus ingilis variantları hazırlanıb. Hazırda Kitabxananın saytındakı səhifələr 765-ə çatdırılıb. Səhifənin alman fransız dillərində olan variantları üzərində gedir. İndiyədək kitabxananın veb-səhifəsinə 46245 istifadəçi müraciət edib. Görülən tədbirlər onların nəticələri ondan xəbər verir ki, Azərbaycanda kitabxana işinin səviyyəsi getdikcə yüksəlir, kitabxanaların cəmiyyətin sosial-iqtisadi, elmi inkişafındakı rolu artır.

 

525-ci qəzet.- 2007.- 2 mart.- S. 7.