Rabitə İnformasiya Texnologiyaları sahəsi işçilərinə yüksək mükafatlar fəxri adların vəsiqələri təqdim olunmuşdur

 

Martın 19-da Bakı Əyləncə Mərkəzində Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin bir qrup işçisinə yüksək mükafatlar fəxri adların vəsiqələri təqdim olunmuşdur.

Mərasimi açan nazir Əli Abbasov respublikamızda telefon rabitəsinin 125 illiyi münasibətilə Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamına əsasən Rabitə İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edildiyini, dekabrın 5-də isə qurumun bir qrup əməkdaşının orden medallara, fəxri adlara fərdi təqaüdlərə layiq görüldüyünü diqqətə çatdırmışdır.

Nazir ölkəmizdə İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafına dövlətin diqqət qayğısından danışmış, bu sahədə ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Əli Abbasov təltif olunanlara müvafiq orden, medal vəsiqələri təqdim etmiş, xoş arzularını bildirmişdir. Nazir təltif olunanlarla xatirə şəkilləri çəkdirmişdir.

Qeyd edək ki, "Şöhrət" ordeninə layiq görülmüş Tofiq Zeynalov vəfat etdiyinə görə onun mükafatı ailə üzvlərinə təqdim olunmuşdur. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 23 rabitəçi "Tərəqqi" medalı ilə təltif edilmiş, 5 nəfərə "Əməkdar mühəndis" fəxri adı, 3 nəfərə isə fərdi təqaüd verilmişdir.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Nazirin əmri ilə bir qrup əməkdaşa Novruz bayramı münasibətilə hədiyyələr təqdim edilmişdir.

Mərasimdə Azərbaycanda telefon rabitəsinin 125 illik tarixinə həsr olunmuş slaydkadrlar göstərilmişdir.

Xatırladaq ki, ölkəmizin bir çox bölgələrinin rabitə işçiləri bu mərasimə videobağlantı vasitəsilə tamaşa etmişlər.

Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Respublika.- 2007.- 20 mart.- S. 7.