Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 28-də dənizkənarı
Milli parkda yenicə istifadəyə verilmiş musiqili fəvvarəyə baxmışdır.
Azərbaycanın sürətli
iqtisadi inkişafı
respublikamızın bütün
bölgələrində, o
cümlədən paytaxt
Bakıda da beynəlxalq standartlar səviyyəsində yenidənqurma
və abadlıq işlərinin aparılmasına
geniş imkanlar açır. Dünyanın
müxtəlif ölkələrindən
Azərbaycana gələn
rəsmi qonaqlar, iş adamları, turistlər qədim və həmişəcavan
Bakının sürətlə
inkişaf etdiyini, görkəmini günbəgün
dəyişdiyini vurğulayırlar.
Elə bu günlərdə istifadəyə verilmiş
musiqili fəvvarə də özünəməxsusluğu
ilə seçilir, Bakıya xüsusi yaraşıq verir və şübhəsiz ki, bura sakinlərin,
eləcə də paytaxtımızın qonaqlarının
ən sevimli istirahət guşələrindən
birinə çevriləcəkdir.
Fəvvarəyə tamaşa
edən Prezident İlham Əliyev Milli parkın bu hissəsində həyata keçiriləcək
əlavə tədbirlər
barədə tövsiyə
və göstərişlərini
verdi, həmin fəvvarənin ölkəmizin
paytaxtını daha da gözəlləşdirdiyini
vurğuladı. Dövlətimizin
başçısı paytaxtın
başqa yerlərində
də belə fəvvarələrin yaradılması
barədə tapşırıq
verdi.
Azərbaycan.-2007.-1 mart.-S.1.