Əliyeva A.
Milli Akademiya Kitabxanası üçün
yeni bina inşa ediləcək
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu günlərdə “Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması
haqqında” sərəncam
imzalamışdır. Sərəncam Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən
böyük razılıq
hissi ilə qarşılanmışdır. Sərəncama əsasən
Mədəniyyət və
Turizm Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi,
müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi
ilə bağlı tədbirlər planı hazırlanması tapşırılmışdır.
Azərbaycan Respublika Prezidentinin sərəncamında
Azərbaycan Milli Elmlər Akademiyası “Akademiya şəhərciyi”nin ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanası üçün
binanın tikilməsi
barədə möhtərəm
Prezidentimiz İlham Əliyevin göstərişi
çoxminlik oxucuların,
elm adamlarının, eləcə
də kitabxana kollektivinin sevincinə səbəb olmuşdur.
Azərbaycan kitabxana işi
tarixində ilk dəfədir
ki, kitabxana işini, onun əhəmiyyətini, cəmiyyətdə
tutduğu mövqeyi, müasir informasiya cəmiyyəti şəraitində
kitabxanaların vəzifələrini,
gələcək inkişaf
istiqamətlərini və
perspektivlərini müəyyənləşdirən
böyük proqram əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Bu, müstəqilliyimizin, milli
ideologiyamızın durmadan
inkişaf edib təkmilləşdiyi bir şəraitdə respublikamızda
kitabxana işinin yaxın gələcək
üçün inkişaf
proqramıdır.
Belə bir sənədin imzalanması dövlət
başçısının Azərbaycan mədəniyyətinin
ayrılmaz tərkib hissəsi olan kitab və kitabxana
işinə böyük
qayğısının təzahürüdür.
Azərbaycan Milli Elmlər
Akademiyasının çoxminli
alimlər ordusu, kitabxana şəbəkəsinin
əməkdaşları və
oxucuları möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamı
dərin minnətdarlıqla
qarşılamışlar.
Sərəncamda müstəqil Azərbaycan
Respublikasının informasiya
cəmiyyətinə doğru
intensiv inkişaf vəzifələrinə müvafiq
olaraq ölkə kitabxanalarının dünya
informasiya məkanına
daxil edilməsi məqsədilə prioritet
istiqamətlər müəyyənləşdirilmiş,
bu haqda dövlət orqanlarına
müvafiq tapşırıqlar
verilmişdir.
Bu ali dövlət
sənədində AMEA-nın
“Akademiya şəhərciyi”ndə
Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası üçün yeni binanın tikilməsi sərəncamı akademiyanın
çoxsahəli kitabxana
şəbəkəsi işçilərini
xüsusən sevindirmişdir.
Bu gün biz qürur
hissi ilə deyə bilərik ki, AMEA-nın öz fəaliyyəti dövründə qazandığı
ən böyük nailiyyətlərdən biri,
onun zəngin kitab-informasiya ehtiyatları
və bu informasiyanı toplayan, mühafizə və elmin inkişafı naminə istifadə edən Mərkəzi Elmi Kitabxanadır.
Dünya
elmşünaslığı və elm tarixi göstərir ki, hər bir ölkədə
elmin inkişafı, elmi tədqiqatların səmərəli təşkili
və onların nəticələrinin cəmiyyətin
sosial-iqtisadi və mədəni -mənəvi
həyatına tətbiqi
əsaslı dərəcədə
mürəkkəb proseslərin
kitabxana-informasiya təminatından
asılıdır.
AMEA-nın tarixi
təcrübəsi təsdiq
edir ki, onun yüksək intellektual səviyyəyə
qalxmasında, elmi potensialının formalaşması
və təşəkkülündə
akademiyanın Mərkəzi
Elmi Kitabxanası, burada toplanmış zəngin informasiya daşıyıcıları müstəsna
rol oynamışlar.
Mərkəzi Elmi Kitabxanada
formalaşmış 3 milyon
nüsxədən yuxarı
sənəd-informasiya kütləsi
dünya elmi fikrinin tarixi nailiyyətlərini əks
etdirən, alimlərin
təfəkkürünün bəhrəsi, elmimizi yaşadan və inkişaf etdirən mənəvi xəzinədir.
O, elmimizin qüvvəti
və qüdrətidir.
Keçən əsrin
20-ci illərində əsası
qoyulmuş Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanası 80 ildən artıq bir dövr ərzində olduqca intensiv inkişaf edərək müasir dövrdə elmimizin mühüm infrastrukturu,
ayrılmaz tərkib hissəsi kimi onun inkişafına səmərəli təsir
göstərən elmi
informasiya mərkəzinə
çevrilmişdir. Hər
il bu kitabxanadan
40 mindən artıq oxucuya 2,5-3 milyon
nüsxə Azərbaycan,
rus və digər dillərdə ədəbiyyat verilir.
Mərkəzi Elmi Kitabxananın
elmi-biblioqrafik əsərləri,
informasiya nəşrləri,
ktabxana işinə dair nəzəri və metodik vəsaitləri elmi işçilərə kitabxana-informasiya
xidmətinin təkmilləşdirilməsində
mühüm rol oynayır.
Mərkəzi Elmi Kitabxananın beynəlxalq
əlaqələri alimlərimizin
dünya elmi-texniki fikrin nailiyyətləri ilə
Onu da qeyd etməliyik
ki, Mərkəzi Elmi Kitabxananın ildən-ilə artan informasiya potensialı bu zəngin xəzinənin yerləşdirilməsi
və səmərəli
istifadəsi baxımından
xeyli çətinliklər
yaratmış və kitabxananın yeni bina ilə təmin
edilməsi zərurətini
aktuallaşdırmışdı.
Bu zərurətin vaxtında nəzərə
alınması və kitabxana üçün yeni müasir binanın tikilməsi üçün imzaladığı
sərəncama görə
AMEA-nın çoxminli
alimlər ordusu və kitabxana işçiləri hörmətli
Prezidentimiz İlham Əliyev cənablarına
dərin minnətdarlığını
bildirirlər.
Şübhəsiz ki, Mərkəzi
Elmi Kitabxananın yeni bina ilə
təmin edilməsi ölkəmizdə aparılan
elmi-tədqiqat işlərinin
informasiya təminatının
keyfiyyətcə əsaslı
surətdə yeniləşməsi
və genişlənməsinə
səbəb olacaqdır.
Bu sərəncam bir daha sübut
edir ki, cənab Prezident İlham Əliyev vaxtilə kitabxananı “xalq, millət üçün, cəmiyyət
üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” kimi qiymətləndirmiş
ulu öndərimiz Heydər Əliyevin bütün sahələrdə
olduğu kimi, kitabxana işi sahəsində də müdrik siyasətini uğurla davam etdirən görkəmli dövlət xadimidir.
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasının
kollektivi hörmətli
Prezidentimizi əmin etmək istəyir ki, bu yaradıcı
kollektiv özünün
bütün elmi potensialını səfərbər
edərək, onun Azərbaycanda kitabxana işinin yaxşıladırılmasına
yönəlmiş sərəncamında
irəli sürülən
vəzifələrin həlli,
gələcək inkişafı
naminə daha əzmlə çalışacaqdır.
Xalq qəzeti.-2007.-24
may.-S.8.