Əsədov B.
Kitab satış-sərgisinin qalibləri
Açıq
Cəmiyyət İnstitutu
- Yardım Fondu - Azərbaycan təşkilatının
himayəsi, "Caldion
Parfümeriya" şirkətinin
dəstəyi ilə Bakı Kitab Klubunun Vəcihə Səmədova adına sərgi salonunda keçirdiyi III Respublika kitab satış-sərgisinə yekun vurulub. Sərgidə ölkəmizin aparıcı
nəşriyyatları ilə
yanaşı, İran
İslam Respublikası
"Əl-Huda" nəşriyyatının Bakı
bölməsi də iştirak edib, habelə Türkiyə,
ABŞ səfirliklərinin və Rusiyanın "Qrand-Fair" nəşriyyatının
kitabları nümayiş
etdirilib. Oxucu seçimi nominasiyası üzrə səsverməyə
800 nəfərdən çox
oxucu qatılıb. Sərginin gedişində
1667 manatlıq 667 kitab
satılıb, lotereya
oyununda oxucular 80 dəst kitabla mükafatlandırılıblar.
Müsabiqəyə təqdim olunmuş
60 adda kitab arasında ən yaxşı nəşriyyat
işi nominasiyasında
"Əbilov, Zeynalov
və oğulları"
nəşriyyatında üç
dildə buraxılmış
Elxan Süleymanovun
"Xocalı soyqırımı:
milyon imza - bir tələb", Əziz Ələkbərlinin
"Qərbi Azərbaycan
abidələri" (beş
dildə, "Nurlan"
nəşriyyatı) və
Rövşən Novruzoğlunun
"GenosidE Ecosid"
("Adiloğlu" nəşriyyatı),
ən yaxşı poliqrafik icraya görə yenə E.Süleymanovun "Xocalı
soyqırımı: milyon
imza - bir tələb" və R.Novruzoğlunun "GenosidE
Ecosid", həmçinin
Firdovsinin "Şahnamə"
("Nurlar" nəşriyyatı)
və "Lətif Kərimov: "həyatı
və yaradıcılığı" ("Alt-poliqraf" nəşriyyatı) kitabları
ən çox xal toplayıblar.
"Altun kitab" nəşriyyatının çap
etdiyi "Zəka oyunları", o cümlədən "Yaşıl
kitab" ("Tutu"
nəşriyyatı), O.Pamukun
"Mənim adım qırmızı" ("Qanun"
nəşriyyatı) kitabları
daha çox satılıb. "Tutu"
nəşriyyatında işıq
üzü görmüş
"Shaki Khan Palace", habelə İlqar Hüseynovun və Nigar Əfəndiyevanın
"Turizmin əsasları"
("Mars-Print" nəşriyyatı),
Akif Kərimlinin "Zəngilan. Şəxsi igidlik" ("Avropa"
nəşriyyatı) kitabları
oxucu seçimində
qalib gəliblər.
Bu dörd əsas nominasiyadan əlavə, sərgidə
fəal iştirakına
görə "Şirvannəşr",
"Zəkioğlu", "Osmanlı Yayınları"
nəşriyyatları və
Multimedia Mərkəzi
Bakı Kitab Klubunun fəxri diplomlarına layiq görülüblər.
Azərbaycan.-2007.-25 may.-S.8.