Xatun
Kitabxanaların
müasirləşdirilməsinə 200 milyon tələb olunur
İşçi qrupunun
gəldiyi ilkin qənaət belədir
Azərbaycanda 12 minə
yaxın kitabxana fəaliyyət göstərir. Lakin onların
heç də hamısının fəaliyyətini
qənaətbəxş hesab etmək olmaz. Çünki bu
kitabxanaların hazırkı vəziyyəti müasir
tələblərdən çox geri qalır. Kitabxanaların
dünyaya çıxış imkanları olduqca zəifdir.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan
kitabxanalarda məhdud sayda kompüter avadanlığı var. Cəmi
14 kitabxananın internetə çıxış imkanı
mövcuddur.
Paytaxtdan fərqli olaraq, regionlarda bu vəziyyət daha acınacaqlıdır. Kənd kitabxanalarında kompüterlərdən söz açmağa dəyməz. Kitabxanaların ağır durumunun aradan qaldırılması və inkişafı üçün 2007-2011-ci illər üzrə Dövlət Proqramı təsdiqlənib. Proqramda digər problemlərin həlli ilə yanaşı kitabxanaları kompüterləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu sahədə iş aparır. Kitabxanaların müasir təlabata cavab verən informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə addımlar atır. Buna uyğun olaraq bütün kitabxanalar və onların internetə çıxış imkanı yaradılacaq.
"Respublika ərazisindəki 12 min kitabxananın müasirləşdirilməsi üçün 200 milyon manat vəsait tələb olunur". Ölkə başçısı İlhaın Əliyevin kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqda sərəncamının icrası ilə bağlı yaradılmış işçi qrupunun gəldiyi ilkin qənaət isə belədir.
İşçi qrupunun üzvü,
Mədəniyyət və Turizm Nazirliyi kitabxana işi sektorunun müdiri
Lətifə Məmmədovanın
məlumatına görə,
hazırda ekspertlər
kitabxanaların işinin
yaxşılaşdırılması üçün görülməli olan əsas tələbləri müəyynləşdirirlər. O qeyd
edib ki, işçi qrupu fəaliyyətini iki istiqamətdə
aparmaq niyyətindədir. Birinci istiqamətdə kitabxana fondlarının komplektləşdirilməsidir. İkinci
istiqamət isə kitabxana sahəsinin informasiyalaşdırılması,
kitabxana biblioqrafıya
proseslərinin avtomatlaşdırılması
və kitabxana fondlarının bərpasıdır.
Ayna.- 2007.- 19 may.- S. 18.