Latın qrafikası
ilə 329 adda kitab nəşr olunub
Kirillə nəşr edilən kitabların
latııı qrafikası ilə təkrar çapı
ilə bağlı Azərbaycan prezidentinin 2004-cü ildə
imzaladığı sərəncamdaıı sonra 329 adda kitab
işıq üzü görüb. Bu barədə APA-ya M.F.Axuııdov adına
Azərbaycan Dövlət Milli Kitabxanasının direktoru
Kərim Tahirov məlumat verib.
Onun sözlərinə görə,
bu kitabların hər birindən 100 ədəd Milli Kitabxanaya
təqdim edilib. Ümumiyyətlə, vaxtilə
kirillə çap olunan 900 adda kitabın prezidentin
sərəncamına əsasən, latın qrafikası ilə
yenidən nəşri nəzərdə tutulub. Bu siyahıya
uyğun olaraq nəşr edilən 329 adda kitabın
əksər hissəsi bədii ədəbiyyat nümunəsidir.
Azərbaycan klassik ədəbiyyatının qiymətli
nümunələri ilə yanaşı, nəşr edilən
kitablar arasında Azərbaycan Cümhuriyyət Tarixinin
ikicildliyi, orfoqrafiya lüğətləri də var. Latın
qrafikasında nəşr edilən kitabların növbəti
bölgüsü yaxın günlərdə çapdan
çıxacaq. Deməli, bu günlərdə M.F.Axundov
adına Milli Kitabxananın fondunda olan latın qrafikalı
ədəbiyyatın da təxminən 10 mindən çox artacağı,
ümumi fondun isə bir az da zənginləşəcəyi
gözlənilir.
Ekspress.- 2007.- 11 may.- S. 13.