Babək

 

“Mədəni irsin qorunması sahəsində ən zəngin qanunvericilik bazası Azərbaycandadır”

 

 “Mədəni irsin qonınması sahəsində MDB ölkələri arasında ən-zəngin qanunvericilik bazası Azərbaycandadır”. Bu fikir aprelin 26-28-də Minsk şəhərində YUNESKO-nun Moskva Bürosunun dəstəyi ilə “Mədəni irsin qorunması sahəsində YUNESKO-nun konvensiyaları və MDB-yə üzv dövlətlərin milli qanunvericilikləri” mövzusunda keçirilmiş beynəlxalq konfransda səslənib.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsindən aldığımız məlumata görə, konfransda ölkəmizi həmin şöbənin müdiri Sədi Nuriyev və Mədəniyyət vəTurizm Nazirliyinin aparıcı məsləhətçisi Fazil Məmmədov təmsil edib. İlk çıxış edən Azərbaycan nümayəndələri olub.

Milli qanunvericilikləri müqayisəli şəkildə şərh edən, qanunlardakı fərqlərdən, uyğunsuzluqlardan danışan S.Nuriyev bildirib ki, milli qanunvericiliklərdə milli hüquqi özünəməxsusluğu əks etdirən məqamları dəyişməyə lüzum yoxdur, çünki onlar ümumbəşəri dəyərlərə inteqrasiyaya mane olmur, əksinə, inteqrasiyaya yol millilikdən keçir. Bu məqam ümumi tövsiyələrin işlənib hazırlanmasında nəzərə alınmalı, milli qanunvericiliklərin konseptual müddəaları dövlətin öz ərazisində və başqa dövlətlərin ərazilərində yerləşən tarixi-mədəni abidələrin, mədəni dəyərlərin qorunmasına ehtiramla yanaşılmasına, eləcə də onların dağıdılmasının və məhv edilməsinin qarşısının alınmasına əsaslanmalıdır. O xatırladıb ki, Azərbaycan qanunvericiliyinin digər MDB ölkələrinin qanunvericilikləri ilə müqayisəsi göstərir ki, onların arasında müəyyən fərqlər, boşluqlar var, ziddiyyət yoxdur. Məsələn, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın qanunlarında bu dövlətlərə məxsus olan, lakin başqa dövlətlərin ərazisində yerləşən tarixi və mədəni abidələrin qorunmasını, saxlanmasını və istifadəsini tənzimləyən müddəalar var. Belə müddəalar heç də bütün milli qanunlarda, o cümlədən Rusiya və Ukraynanın qanunlarında öz əksini tapmır.

Onun fikrincə , YUNESKO konvensiyalarının elə əsas müddəaları var ki, onların milli qanunvericiliklərin hamısında öz əksini tapması zəruridir. Məsələn, "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması" haqqında 1954-cü il Haaqa Kovensiyasının müəyyən müddəaları milli qanunvericiliklərdə öz əksini tapmayıb, "Oğurlanmış və ölkədən qeyri-qanuni çıxarılmış mədəni dəyərlər" haqqında 1995-ci il UNİDRUA Konvensiyası isə əksər dövlətlər tərəfindən (Azərbaycan və Litva istisna olmaqla) ümumiyyətlə, ratifikasiya edilməyib. Qanunvericilik bazamızın zənginliyi konfrans iştirakçıları tərəfindən dəfələrlə vurğulanıb. Lakin nə qədər paradoksal görünsə də, bu zəngin qanunvericilik bazası işlək təsir mexanizmlərinin beynəlxalq səviyyədə çatışmazlığı ucbatından Ermənistanın xeyrinə işləyir.

Məruzədə xüsusi olaraq göstərilib ki, ermənilər işğal etdikləri ərazilərimizdəki 600-ə yaxın dünya, ölkə və yerli əhəmiyyətli tarix və maddi mədəniyyət abidəmizi məhv edib. Üstəlik, ermənilər bizim qeyri-maddi mədəni irsimizi xüsusi fəallıqla oğurlayıb öz adlarına çıxırlar. Bu cür vandalizmə son qoymaq üçün təkliflər verilib. S.Nuriyev deyib ki, konfrans iştirakçıları təmsil etdikləri dövlətlər müzakirə olunan sahə üzrə hüquq normalanın harmoniyasını, mədəni irsin qorunması sahəsində MDB- vahid hüquqi məkanın yaradılmasını istəyirsə, onda YUNESKO konvensiyalarının, xüsusilə "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması" haqqında 1954-cü il Haaqa, 1995-ci il UNİDRUA konvensiyalarının ən əsas müddəalarını özlərinin mədəniyyət mədəni irsin qorunması haqqında milli qanunlarında əks etdirməlidirlər. Müzakirələrdən sonra təkliflər kohfransın yekun sənədinə daxil edilib.

 

Paritet.- 2007.- 5-7 may.- S. 15.