Üçüncü
Respublika Kitab Satış Sərgisi keçirilib
Artıq 2 ildir ki,
Kitab Klubu Rəssamlar İttifaqının
V. Səmədova adına
sərgi salonunda Respublika Kitab Satış Sərgisini təşkil edir. Mayın 19-20-də elə həmin salonda 3-cü Respublika Kitab Satış Sərgisi keçirilib. Sərgidə ölkəmizin
30-dan artıq nəşriyyatı
ilə yanaşı,
"Əl-Huda" nəşriyyatının Bakı
bölməsi, Rusiya Federasiyasının "Qrand-Fair",
Türkiyə Cümhuriyyətinin
nəşr evlərinin
çap məhsulları
nümayiş etdirilib.
Sərginin rəsmi açılışında
giriş sözüylə
çıxış edən
Kitab Klubunun direktoru Elxan Rzayev iştirakçılara
tədbirə qatıldıqları
üçün təşəkkürünü
bildirməklə yanaşı,
son vaxtlar kitablara marağın artması ilə bağlı məmnunluq hissi keçirdiyini vurğulayıb.
Milli Kitabxananın
direktoru Kərim Tahirov Kitab Klubunun
bu təşəbbüsünü,
ümumən kitab təbliğatı işilə
bağlı tədbirlərini
bəyəndiyini ifadə
edib və bu tədbirlər siyahısının genişlənməsini
arzulayıb.
Xalq rəssamı
Arif Hüseynov da belə sərgilərin
müntəzəm keçirilməsinin
vacibliyini dilə gətirib.
Qeyd edək
ki, sərgi ərəfəsində 4 nominasiya
üzrə kitab müsabiqəsi keçirilib.
Ən yaxşı nəşriyyat işinə,
ən yaxşı poliqrafik icraya, oxucu seçimi və sərginin gedişində ən çox satılmağa görə mükafatlar təsis olunub. Birinci iki nominasiya üzrə qalibləri Xəlil İsmayılov, Abuzər Xələfov, Bayram Allahverdiyev, Rasim Kazımov, Çingiz Abdullayev, Əlyusif Məmmədov, Arif Hüseynov, Kərim Tahirov və Gülər Kərimovadan ibarət peşəkar münsiflər
heyəti müəyyən
edib.
Ən yaxşı
nəşriyyat işinə
görə 1-ci yerin sahibi
"Əbilov, Zeynalov
və oğulları"
nəşriyyatının çap
məhsulu olan Elxan Süleymanovun "Xocalı soyqırımı:
milyon imza-bir tələb" kitabı
həm də ən yaxşı poliqrafik icraya görə 1-ci mükafatı
qazanıb. İlk iki nominasiya üzrə 2-ci yerləri
"Nurlan" nəşriyyatında
çap olunan "Qərbi Azərbaycan abidələri"(5
dildə), "Alt-Poliqraf"
çap evində ərsəyə gələn
"Lətif Kərimov:
həyat və yaradıcılığı" və "Adiloğlu"
nəşriyyatının çap
etdiyi R. Novruzoğlunun
"Genosid... Ekosid"
kitabları bölüşdürüb.
Oxucu seçimi nominasiyasının qaliblərini
sərgiyə gələn
oxucular birbaşa səsvermə ilə müəyyənləşdiriblər. Bu zaman onlar
müsabiqəyə çıxarılan
61 kitabdan bəyəndiklərinin
adını səsvermə
bülleteninə qeyd ediblər. Məlumat üçün bildirək
ki, müsabiqəyə
təqdim olunan nəşrlər sırasında
Qustav le Bonun "Kütlə psixologiyası", Ramiz Rövşənin "Nəfəs.
Kitablar kitabı", Qəzənfər
Paşayevin "Nostradamusun
möcüzəli aləmi",
Çingiz Əlioğlunun
"Atlantlar", Qabilin
"Ömrün gecə
qatarı", Osman Gündüzün "Kompüter.
İnformasiya texnologiyalarının
əsasları", Heydər
Hüseynovun "XIX əsr
Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" kimi maraqlı kitablar və TQDK-nın dərs vəsaitləri yer alıb. Oxucu seçimi nominasiyası
üzrə 1-ci yerin sahibi "Tutu" nəşriyyatında çap
olunan "Shaki Khan Palace", 2-ci yerin mükafatçıları
isə İ.Hüseynov
və N.Əfəndiyevanın
birgə müəllifliyi
ilə "Mars-Print"
nəşriyyatında işıq
üzü görən
"Turizmin əsasları"
və A.Kərimlinin
"Zəngilan. Şəxsi
igidlik" kitablarıdır.
Səsverməyə qatılan oxucular özləri də kitab mükafatları qazanmaq imkanı əldə ediblər. Satılmış kitabların qaimələri
əsasında 4-cü nominasiyanın
1-ci mükafatçısının "Altun kitab" nəşr evinin çap məhsulu olan "Zəka oyunları", 2-ci yerlərin
sahiblərinin isə
"Tutu" nəşriyyatında
çap edilən
"Rənglər" kitabı
olduğu müəyyənləşib.
525-ci qəzet.-2007.-22 may.-S.7.