Mürvətqızı S.

 

VII Bakı Kitab Bayramı gerçəkləşdi

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada VII Bakı Kitab Bayramı ilə bağlı tədbir keçirildi. Tədbirdə qədim Misir incəsənətinə tarixinə aid kitablar, elmin müxtəlif sahələrini əhatə edən lüğətlər, islam dininə dair ədəbiyyat, Qarabağ problemini əks etdirən nəşrlər, "Qarabağ-real tarix, faktlar, sənədlər" toplusu ümumən tanınmış nəşriyyatların çap məhsullarıelmi-bədii kitablar xüsusilə diqqətçəkən idi. Mərasimi giriş sözüylə açan Milli Kitabxananın direktoru Kərim Tahirov son dövrlərdə kitaba marağın artdığını qeyd etdi: "Hər gün kitabxanamıza orta hesabla 850 oxucu gəlir. Kitabxanalar oxucularla naşirlər arasında körpü missiyasını bu gün uğurla yerinə yetirir". Tədbirin əsas təşkilatçılarından biri olan Yeni Yazarlar Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov çıxışında artıq kitab bayramının bir ənənə halını aldığını dedi bu işdə onlara dəstək verən, layihədə əməyi olan qurumlara öz təşəkkürünü çatdırdı. Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bu tipli tədbirlərin təqdirəlayiq olduğunu ciddi əhəmiyyət daşıdığını önə çəkdi. Tədbir yazarlarla oxucuların, müəlliflərlə naşirlərin birbaşa ünsiyyətinin təşkili baxımından xüsusilə önəmli idi. Mərasimdə həmçinin Milli Kulturoloji Mükafatın – "2006- ilin Kitabı" müsabiqəsinin qalibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı. Münsiflər heyətinin qərarına əsasən, ədəbiyyat mədəniyyətimizə yaxından himayədarlıq etdiyinə, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xüsusi roluna görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva "Ədəbiyyatın dostu" nominasiyası üzrə 2006- ilin qalibi elan olundu. 2006- ilin "Seçilmiş nəşriyyatı" "Təhsil", "Seçilmiş əsərlər kitabı" Xalq yazıçısı Elçinin oncildliyi, "Qarabağ mövzusunda nəsr kitabı" Hüseynbala Mirələmovun "Yanar dağ"ı, "Maraqlı şeir kitabı" şair-publisist Oqtay Rzanın "Adlı, ünvanlı misralar", "Poeziya kitabı" şair-publisist Əjdər Olun "Günəbaxan zəmisi", "Detektiv kitabı" İlqar Abdullayevin "Tamah" povestlər toplusu, "Uşaq kitabı" Şəfəq Sahiblinin "Biçilmiş çiçəklər" rəngli şəkilli şeirlər kitabı elan edildi. Şair-tərcüməçi Səlim Babullaoğlu "Xaricdəki yaradıcılıq uğuru" nominasiyası üzrə qalib adını qazandı. Yazıçı-publisist Günel Anarqızı "Yeni nəsil yazıçısı", tənqidçi Bəsti Əlibəyli "Yeni nəsil tənqidçisi", şair-mütərcim Nicat Məmmədov "Yeni nəsil tərcüməçisi" nominasiyasının qalibi oldu. Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2006- ilin "Ədəbi televiziyası", İctimai Televiziya Radio Yayımları şirkətinin "Çoxbilmiş" proqramı ilin "Ədəbi radio verilişləri", "Ulduz" ilin "Ədəbi jurnalı", veb-dizaynçı Cahid İsmayıloğlu "Yeni texnologiyalar bilicisi" hesab olundu. Adları çəkilən şəxslər Milli Kulturoloji Mükafatın diplomu hədiyyələri ilə mükafatlandırıldı. Kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə M.F.Axundov adına Milli Kitabxana, "Yayım" Assosiasiyası mükafatlandırıldı.

 

525-ci qəzet.- 2007.- 25 may.- S. 7.