Sarıyeva İ.

«Daşan kitabxana»

 

Kor zəif görənlərin bədii ədəbiyyatla təmin olunması üçün həyata keçirilən layihə bu sahədəki problemi həll edəcəkmi?

Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə Azərbaycan Korlar Cəmiyyətinin «Danışan kitabxana» layihəsi artıq başa çatıb. Bu barədə qəzetimizə verdiyi açıqlamada Korlar Cəmiyyətinin sədr müavini Bəybala Xudaverdiyev bildirdi. B.Xudaverdiyevə görə, Mədəniyyət Turizm Nazirliyinin sifarişilə bədii ədəbiyyat lentə alınıb, səsləndirilməsi disk-kaset formasında hazırlanır.

B.Xudaverdiyev bildirdi ki, bu nümunələrdən həm kor zəif görənlər, həm gözləri sağlam adamlar istifadə edə bilər: «Bədii əsərlərin lentə alınıb səsləndirilməsi disk kasetə köçürülür Korların Respublika Kitabxanasına təhvil verilir. Həmçinin , Mədəniyyət Turizm Nazirliyinin göstərişinə əsasən, bölgələrdəki bütün kitabxanalarda korların istifadə etməsi üçün bölmələrin yaradılması nəzərdə tutulub. Yəni bölgə kitabxanalarına da əsərlər kaset, disk şəklində hazırianaraq göndərilib. İki il ərzində, təxminən, 40 əsər lentə alınıb».

B.Xudaverdiyev bildirdi ki, büdcə sifarişləri ehtiyac olarsa hər zaman yeni əsərlərin lentə köçürülməsi davam etdiriləcək: «Nazirlik davamlı olaraq bu əsərlərin lentə alınmasına dəstək verir. Hətta bu il Mədəniyyət və Turizm Nazirliyi Korların Respublika Kitabxanası üçün brayl (korların istifadə etdiyi əlifba-İ.S) əlifbası ilə bədii əsərlərin çapı məqsədilə vəsait ayırıb. Hazırda bu işlərlə bağlı bizə dəstək verilir».

Brayl əlifbası ilə bədii əsərlərin hansı nəşriyyatda çap olunacağına gəldikdə, sədr müavini bildirdi ki, Cəmiyyətin özünün nəşriyyatı var və onlar hazırda Finlandiyanın «Abilis» Fondunun dəstəyilə brayl çap printeri alıblar. B.Xudaverdiyev deyir ki, brayl çap maşını çox baha olduğundan, hələlik printerlə kifayətlənirlər: «Çap maşını çox bahadır -qiyməti minimum 32 min manat həcmindədir. Bu məbləğdə vəsaiti bizə hələ verən yoxdur. Bir printerlə isə bədii əsərlərin kütləvi çapına nail olmaq mümkünsüzdür. Dediyim odur ki, bizim sifariş qəbul etmək imkanımıza uyğun olaraq vəsait ayrılır sifariş verilir».

B.Xudaverdiyev, eyni zamanda, mərhum şair Fikrət Mursaqulovun «Təsəlli» adlı ilk kitabının brayl əlifbası ilə çapının da nazirliyin planına salındığını bildirdi. Digər gözdən əlil yazarların əsərlərinin brayl əlifbası ilə çapına gəldikdə, B.Xudaverdiyev bunun çox çətin bir olduğunu bildirdi: «Bu kitablar çap edilərsə, bunun xərclərini kim ödəməlidir.

B.Xudaverdiyevin bildirdiyinə görə, Rusiya, Türkiyə kimi qonşu ölkələrdə kor zəif görənlər üçün bu sahədə daha geniş imkanlar açılıb. Sədr müavini bildirdi ki, o, bu yaxınlarda Türkiyədə Atatürk adına Kitabxananın korlar bölümündə olub: «O kitabxanada gözəl şərait var. Orada «bu əlil arabasında gəlib, o biri kordur» - deyə oxucuya ayrıseçkilik qoyulmur, oxucunun seçimi hər zaman yerinə yetirilir. Görün qonşu ölkələrin kitabxanalarında qədər ideal şərait var».

 

Bakı xəbər.- 2007.- 3 may.- S. 14.