Mayın
7-də Qahirədə, Nazirlər Şurasının
binasında Azərbaycan Prezidenti İlham Əliyevin və
Misirin Baş naziri Əhməd Nazifin iştirakı ilə
sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası Hökuməti və Misir
Ərəb Respublikası Hökuməti arasında idman
sahəsində əməkdaşlıq haqqında sazişi
Azərbaycan tərəfdən gənclər və idman naziri
Azad Rəhimov, Misir tərəfdən Milli İdman
Komitəsinin sədri Həsən Sakr imzaladılar.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Misir Ərəb Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında sazişi
Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət
Məmmədov, Misir tərəfdən beynəlxalq
əməkdaşlıq naziri xanım Faizə Əbülnəqa
imzaladılar.
Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi və Misir Ərəb
Respublikasının Kənd Təsərrüfatı və
Torpaqlardan İstifadə Nazirliyi arasında
əməkdaşlıq haqqında sazişi Azərbaycan
tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Misir
tərəfdən beynəlxalq əməkdaşlıq naziri
Faizə Əbülnəqa imzaladılar.
Azərbaycanın poçt təşkilatı və Misirin
Milli poçt təşkilatı arasında beynəlxalq pul
baratlarının mübadilə olunması üzrə
sazişi iqtisadi inkişaf naziri Heydər Babayev və Misirin
informasiya-kommunikasiya texnologiyaları naziri Tariq Kamal
imzaladılar.
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və
Misirin Yaxın Şərq Xəbərlər Agentliyi (MENA)
arasında əməkdaşlıq haqqında sazişi
AzərTAc-ın baş direktoru Aslan Aslanov və MENA-nın
idarə heyətinin sədri və baş redaktoru Abdulla
Həsən imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Misir
Ərəb Respublikası Hökuməti arasında turizm
sahəsində əməkdaşlıq haqqında anlaşma
memorandumunu Azərbaycan tərəfdən xarici işlər
naziri Elmar Məmmədyarov, Misir tərəfdən turizm naziri
Züheyr Qaranah imzaladılar.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və Misir Ərəb Respublikasının Daxili
İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında anlaşma memorandumunu Azərbaycan
tərəfdən daxili işlər naziri Ramil Usubov, Misir
tərəfdən daxili işlər naziri Həbib
əl-Ədli imzaladılar.
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Misir Ərəb
Respublikasının Mineral Ehtiyatlar Qurumu arasında texniki
əməkdaşlıq protokolunu Azərbaycan
tərəfdən xarici işlər naziri Elmar
Məmmədyarov, Misir tərəfdən neft naziri Samih
Fəhmi imzaladılar.
Azərbaycan Respublikasının Abşeron rayonu və Misir
Ərəb Respublikasının Qəlyubiyyə vilayəti
arasında anlaşma memorandumunu Azərbaycan
tərəfdən ölkəmizin Qahirədəki səfiri
Faiq Bağırov, Misir tərəfdən Qəlyubiyyə
valisi Ədli Hüseyn imzaladılar.
Azərbaycan Respublikasının M.F.Axundov adına Milli
Kitabxanası və Misir Ərəb Respublikasının
İsgəndəriyyə kitabxanası arasında anlaşma
memorandumunu Azərbaycan tərəfdən səfir Faiq
Bağırov, Misir tərəfdən
İsgəndəriyyə kitabxanasının idarə
heyətinin sədri İsmayıl Siracəddin imzaladılar.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Misir Ərəb Respublikasının
İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi arasında
əməkdaşlıq haqqında anlaşma memorandumuna
əlavə protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf
naziri Heydər Babayev, Misir tərəfdən
informasiya-kommunikasiya texnologiyaları naziri Tariq Kamal
imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Misir
Ərəb Respublikası Hökuməti arasında hava
nəqliyyatı haqqında sazişə əlavə protokolu
Azərbaycan tərəfdən “Azərbaycan Hava Yolları”
Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov,
Misir tərəfdən Mülki Aviasiya
Təşkilatının sədri İhəb Sadiq
imzaladılar.
Xalq qəzeti.-2007.-9 may.-S.2.