Bayramov V.

 

İKT-nin inkişafı diqqət mərkəzindədir

 

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər etmişdir. Nümayəndə heyətinin tərkibində Azərbaycanın informasiyakommunikasiya texnologiyaları (İKT) sahəsinin nümayəndələri var idi. Onlar gələcək əməkdaşlığın perspektivləri istiqamətində Koreya tərəfi ilə səmərəli danışıqlar aparmışlar. Nümayəndə heyətinin üzvü, SİNAM şirkətinin prezidenti Elçin Əliyev Cənubi Koreyaya edilmiş səfərin yekunları İKT sahəsində əldə olunmuş nəticələr haqqında dedi:
- İlk əvvəl elektron hökumətin formalaşdırılması sahəsində Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Koreya
Respublikasının İnformasiya Rabitə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq üzrə Anlaşma Memorandumunu qeyd etmək istərdim. Sənədi Azərbaycan tərəfindən rabitə informasiya texnologiyaları naziri Əli Abbasov, Cənubi Koreya tərəfindən isə informasiya rabitə naziri Xo Ccun Hyun imzaladılar. Həmin sənəd dövlət idarəçilik sistemidə İKT-nin tətbiqi sahəsində mövcud olan təcrübələrin qarşılıqlı mübadiləsini nəzərdə tutur. Cənubi Koreya bu sahədə qısa müddət ərzində nəzərəçarpan sıçrayış etmişdir Azərbaycan bu ölkədən bir çox şeyləri öyrənə bilər.
Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında sərmayələrin təşviqi qorunması haqqında sazişin imzalanmasının da İKT sektoru üçün çox vacib olduğunu deyə bilərəm. Sözügedən sənəd Azərbaycanın ən perspektivli sektorlarından sayılan, İKT sektoru daxil olmaq şərtilə, müxtəlif sektorlara Cənubi Koreya sərmayələrinin cəlb edilməsini stimullaşdırmağa imkan yaradacaq.
Biznes-forum çərçivəsində Koreya adamları ilə bir çox ikitərəfli əlaqələr yarandı. Maraqlı haldır ki, Cənubi Koreya İT şirkətləri Azərbaycanın İT sahəsi, o cümlədən ölkənin İT şirkətləri haqqında yetərincə məlumata malikdirlər. Biz gələcəkdə müsbət nəticələnə biləcək bir sıra maraqlı işguzar görüşlər keçirdik.
Cənubi Koreyada İKT kifayət qədər inkişaf edib. Vətəndaşların həyatını daha da rahat etmək məqsədilə Seul tam mənada informasiya texnologiyaları ilə əhatələnmişdir. Koreyanın İKT inkişafını bir cümlə, yəniTexnologiyalar naminə deyil, məhz həyat üçün texnologiyalarcümləsi ilə qiymətləndirə bilərik. Maraqlıdır ki, Cənubi Koreyanın İKT sahəsində olan ideologiya Azərbaycanın rəsmi mövqeyi ilə eynidir. Cənubi Koreya təbii sərvətlərin deyil, məhz insan potensialının inkışafını vacib bir element hesab edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2003-cü ildə, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Cenevrə mərhələsi zamanı Azərbaycanınqara qızılı insan qızılına çevirməktəşəbbüsünü bəyan etmişdir. Göründüyü kimi, iki ölkənin inkişaf konsepsiyaları oxşardır. Bu hal Azərbayacana, dünyada İKT sahəsində aparıcı ölkələrdən olan Koreya təcrübəsini öyrənmək üçün mühüm imkan yaradır.
Ölkə başçısı Azrəbaycanın gələcəyinin inkişafında İKT sektorunu dəfələrlə prioritet sektor kimi bəyan etmişdir. İnformasiya texnologiyaları ictimaiyy
əti bu gün onun üzərinə qoyulmuş tapşırığı yerinə yetirməyə hazrıdır. Buna ölkə Prezidenti İlham Əliyevin texnologiyalar insan resurslarına əsaslanan baxışı ölkənin inkişafına sistemli strateji yanaşmasının bir sübutudur. SİNAM şirkəti 12 il ərzində sistem inteqrasiyası, həmçinin biznes dövlət sektorları üçün informasiya sistemlərinin həllərinin yaradılması sahələrində böyük təcrübə əldə etmişdir. Bunu nəzərə alaraq, şirkət ölkə Prezidentinin təşəbbüsünü dəstəkləməyə əqli ixracat potensialını artırmağa hazırdır. SİNAM-ın yaxın illər üçün nəzərdə tutduğu biznes-strategiya şirkətin Yaxın Şərq, ABŞ s. ölkələrin bazarlarına çıxmasını da əhatə edir. SİNAM şirkəti yeni bir inkişaf səviyyəsinə çıxmağı xarici bazarlara fəal şəkildə daxil olmağını planlaşdırır. Bu günlərdə bu cür irəliləyişi etmək daha asandır, ona görə ki, ölkənin şəxsən dövlət başçısının dəstəyi hiss olunur.
Rabitə İnformasiya Texnologiyaları İqtisadi İnkişaf nazirliklərinin İKT sahəsinə sərmayələrin cəlb edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti qeyd olunmalıdır.
Azərbaycanda İKT-nin ixracat potensialının qiymətləndirilməsi ilə bağlı isə onu deyə bilərəm ki, İKT-nin son illərdə uğurlu inkişafı, sektorun dəstəklənməsi üzrə dövlət siyasəti, öyrənilmiş dünya təcrübəsi ölkədə gələcək on il üçün yeni iqtisadiyyatın əsasını qurmaq üçün möhkəm bünövrə qoymağa imkan verdi. Ölkənin bir neçə şirkətinin məhsulları artıq regional dünya bazarlarında uğurla rəqabət aparır. Məsələn, SİNAM şirkəti tərəfindən hazırlanmış həllər Avropa MDB dövlətlərində tətbiq edilir. Yaxud başqa bir misal. Qafqaz Mərkəzi Asiya regionlarında konveyer üsulu ilə kompyuterlərin yığılmasını həyata keçirən yeganə müəssisə olan “KÜR” tətbiq edilən məhsulun keyfiyyətinin yoxlama sisteminin regionda analoqu yoxdur.
Azərbaycanın yüksək texnologiyalı məhsullarının rəqabətə davamlılığının əsas faktorları yüksək keyfiyyət rəqabətə davamlı qiymətlərdir. İxracat potensialının inkişafı üçün Azərbaycan Hindistan, Çin kimi İKT-nin iqtisadiyyatlarında prioritetlərdən olduğu ölkələrin təcrübəsindən istifadə edə bilər.
Qeyd etmək istərdim ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ixracat potensialının inkişafı Azərbaycanın yüksək rəqabətli məhsullarının uğurları üçün zəruri səylər göstərir. O, hal-hazırda, 3P (private public partnership) adlanan hökumət özəl sektorların əməkdaşlığı konsepsiyasını həyata keçirir. Bu İKT-nin dünya səviyyəsində daha inamla irəliləməsinə Azərbaycan şirkətlərinin layiqli yer tutmasına imkan yaradır.
Yeri gəlmişkən, bir problemimiz barədə. Bu gün ən ciddi çətinlik kadr çatışmazlığıdır. Sektorun sürətli inkişafı təcrübəli proqramçılara digər mütəxəssislərə böyük tələbat yaradır. Tələbatın mövcud olmasına baxmayaraq, ölkənin tədris sistemi çox az sayda mütəxəssilər hazırlayır. Bunula belə, məzunların səviyyəsi müasir tələblərə cavab vermir. Təhsil Nazirliyi ali məktəblərdə İT ixtisası üzrə yerlərin sayını artırmalıdır. Məndə olan məlumata görə, Azərbaycanda əhalinin sayına nisbətdə İT ixtisası üzrə məzunların sayı Latviya, Estoniya, Belarus s. dövlətlərdəkindən bir neçə dəfə azdır. Kadrların hazırlığı üzrə keyfiyyətli sistem yarada bilməyəcəyimiz təqdirdə, İKT sahəsi daim əsas resurs olan, intellektual kadrların çatışmazlığını hiss edəcək.

Xalq qəzeti-2007.-20 may.-S.6.