Amanov R.

 

“Şahdağ” Azərbaycanın yeddinci milli parkıdır

 

Ölkəmizin bioloji müxtəlifliyinin qorunmasının, davamlı inkişafın tətbiq edilməsinin, gələcək nəsillərə çatdırılmasının, ekoturizmin sürətli inkişafının təmin olunmasının ən səmərəli yollarından biri də milli parkların yaradılmasıdır. Milli parkların yaranmasının bir üstünlüyü də ondan ibarətdir ki, məhz bu yolla insanların ekoloji cəhətdən maarifləndirilməsi, həmçinin regionun zəngin təbiətinin tərənnümü təmin edilir. Milli parkların infrastrukturunun ən müasir standartlara uyğun təşkili, kadr potensialının gücləndirilməsi, ərazidə ekoturizmin inkişafı üçün zəruri şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir və bu sahədə davamlı tədbirlər həyata keçirilir. Respublikamızda bu vacib məsələnin həllində 2003-cü ildən başlanılmış və ötən müddətdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 7 milli park yaradılmışdır. "Şahdağ" adlanan 7-ci rnilli park respublikanın Cənub-Şərq ərazilərində yerləşən Şamaxı, İsmayıllı, Quba, Qusar, Qəbələ və Oğuz rayonlarını əhatə edir. Qeyd edək ki, milli parkın yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi çox vacib şərtlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il noyabr ayının 18-də imzaladığı sərəncamla "Azərbaycan Respublikası ilə Beynəlxalq inkişaf Assosiyasiyası arasında inkişaf  krediti haqqında saziş", Yaponiya hökumətinin və Qlobal Ekoloji Fondun qrantları üzrə sazişə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən Kənd Ətraf Mühit Layihəsi "Beynəlxalq təcrübənin təqdiminin əyani təsdiqidir".

Mayın 18-də Qəbələdə Dünya Bänkının və əlaqədar rayonların icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə "Kənd Ətraf Mühit Layihəsi"nin yerinə yetirilməsinə başlanması ilə əlaqədar keçirilən seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yuxarıda qeyd olunan məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Nazir çıxışında vurğuladı ki, "Kənd Ətraf Mühit Layihəsi"nin məqsədi ölkənin iki dağlıq bölgəsində biomüxtəlifliyin qorunması, təbii resursların idarə edilməsini və iqtisadi fəaliyyətdə daha davamlı yanaşmaların tətbiq edilməsi və bu ərazilərin təbii meşə və otlaq zonalarını ekoloji sağlamlıq və məhsuldarlığın bərpa edilməsidir. Layihə əsasən 3 əsas komponentdən ibarət olacaqdır.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak çıxışında ölkəmizdə son illərdə sosial-iqtisadi inkişafın sürətindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ekologiyanın təbii sərvətlərin qorunması, artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyətindən danışdı bunun üçün "Kənd Ətraf Mühit Layihəsi"nin böyük üstünlükləri olduğunu bildirdi. Dünya Bankının ətraf mühit məsələləri üzrə əməkdaşı xanım Aqi Kiss layihənin icra rhələlərində Dünya Bankının rolu, onun missiyalarının məqsədi, siyasəti prosedurları barədə ətraflı məlumat verdi. Layihənin icra qrupunun direktoru Ruslan Acalovun, qrupun komponent meneceri Faiq Sadıqovun, komponent menecerinin köməkçisi Tuqay Əliyevin müxtəlif mövzularda çıxışları dinlənildi.

Seminarda qeyd edildi ki, "Şahdağ" Milli Parkı Şamaxı, İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz rayonlarının 115 min 895 hektar meşə, dağ ərazilərini əhatə edəcəkdir buna gələcəkdə daha çox rayonların qoşulması gözlənilir.

Təqdimat seminarında Qusar Qəbələ rayon icra hakimiyyətləri başçılarının müavinləri Şair Paşayev, Rahib Əhmədov çıxış etdilər. Layihənin təqdimatı barədə çıxış edənlər seminar iştirakçılarını maraqlandıran bir sıra suallara ətraflı cavab verdilər.

 

Respublika.- 2007.- 19 may.- S. 6.