Azərbaycan Prezidenti İlham Əliyev Dövlət İncəsənət Muzeyinin yaxınlığındakı parkda başa çatmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 22- Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin yaxınlığındakı, Niyazi küçəsindəki parkda başa çatmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, burada işlərə iki ay əvvəl başlanmış qısa müddətdə tamamlanmışdır. Ötən əsrin 20-ci illərində memar K.Sençixinin layihəsi üzrə burada salınmış kiçik bağça sonralar bağ-park memarlığı nümunəsi kimi yenidən qurulmuşdur. Parkın elementlərinin özünəməxsus formaları keçmiş Dağüstü parkın arxitekturasını xatırladırdı. Bura ətrafda yaşayan sakinlərin xoşladıqları istirahət guşələrindən biri idi.
Dövlətimizin başçısı İlham Əliyev parkın təmir-bərpa işlərindən əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərlə tanış oldu. Bildirildi ki, görkəmini itirən park sakinlərin istirahəti üçün yararsız vəziyyətdə idi. Şəhərin mərkəzində yerləşən bu guşənin yenidən əvvəlki görkəminə qaytarılması bir növ zərurətə çevrilmişdi. Əsaslı təmir işləri ən yüksək səviyyədə görülmüş, parkın ərazisi başdan-başa yenidən qurulmuşdur. Yaşıllaşdırma işləri aparılmış, yeni dekorativ bitkilər əkilmişdir. Dörd fəvvarə bir neçə süni bulaq gözəl mənzərə yaradır. Burada xüsusi işıqlandırma sistemi quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur.
Prezident İlham Əliyev tikintidə iştirak etmiş inşaatçılarla görüşüb onlarla söhbət etdi:
- Bu park çox gözəlləşibdir. Bura Bakının tarixi yeridir indi yeni görkəm alıbdır. Amma bütün öz tarixi simasını saxlayıb, yəni burada heç dəyişilməyibdir. Sadəcə olaraq, yeniləşib Bakının çox gözəl yerinə çevrilibdir. Gördüyünüz işlər mənim çox xoşuma gəldi, çox gözəldir.
Mən dünən axşam da gəlmişdim, gecə görüntüsü çox gözəldir. İndi gəldim ki, baxım gündüz necə görünür. Gündüz görüntüsü gözəldir. Siz iki ay ərzində burada çox fəal işləmisiniz, çox gözəl əsər yaratmısınız. Sizə təşəkkür edirəm.
Bakının gözəl yerləri çoxdur. Biz gərək onların hamısını abadlaşdıraq. Bütün meydanlar, tarixi küçələr, binalar təzə görkəm alır. Görürsünüz, bu binalara da yeni üzlük daş çəkilir ki, ətraf gözəl olsun. O biri tərəfdəki parkda da işlər başlanmalıdır. O da tarixi parkdır. Orada da təmirə ehtiyac var. Amma yenə əvvəlki əsas tarixi quruluşunu saxlamaq şərtilə, heç dəyişmədən, sadəcə olaraq, bərpa etmək lazımdır. Çox gözəl, müasir, səliqəli, təmiz, gözəl bir park yaranacaqdır.
Burada da istirahət etmək, dincəlmək, gəzmək üçün hər cür şərait var, oturacaqlar da qoyulmuşdur. Azərbaycanda bir neçə gözəl park yaranıbdır. Heydər Əliyev adına Sarayın qarşısında da. Yadınızdadır, ora əvvəllər gündə idi. Yerə iri beton plitələr döşənmişdi. Mən ilk dəfə heykəl qoyulacaq yerə baxanda gördüm. İndi isə ən gözəl parklardan biridir. Bakıda belə yerlər çoxdur. Sadəcə olaraq, biz gərək onları müasir səviyyəyə çatdıraq, səliqə ilə həm gözəlləşdirək, həm onların funksional mənası da olsun. Yəni indi insanlar Heydər Əliyevin abidəsinin ətrafında gecə-gündüz gəzirlər, dincəlirlər. Yayın istisində fəvvarələr ətrafa sərinlik verir. Mən hər dəfə oradan maşınla keçəndə görürəm ki, park uşaqlarla, yaşlı insanlarla doludur. Amma əvvəllər qaranlıq idi, heç bir şərait yox idi oraya heç kim gəlmirdi. İndi bura da insanlarla dolu olacaqdır. Çünki belə gözəl şərait var, camaat gələcək, dincələcəklər.
Bura mənə doğma yerdir. Burada vaxtımı çox keçirmişəm. Məktəbi təmir etdik, indi gərək biz onu da üzlük daşla yenidən gözəlləşdirək. Bakının gözəl naxışları ilə, Bakı memarlığına xas olan elementlər bərpa olunmalıdır. Yadınızdadır, bu bina da gündə idi. Biabırçı vəziyyətdə idi, indi isə elə bil ki, təzə gözəl binadır. Hər tərəf belə olmalıdır. Ona görə hələ qabaqda çoxdur. Siz hazır olun, şəhərimizi bərabər gözəlləşdirək. Sağ olun.
İnşaatçılar dövlətimizin başçısına təşəkkürlərini bildirdilər, onun rəhbərliyi altında aparılan abadlıq işlərindən məmnunluqlarını vurğuladılar.
* * *
Daha sonra dövlətimizin başçısı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yerləşdiyi bağa gəldi, burada əsaslı təmir işlərinin aparılmasının vacibliyini bildirdi. Bildirildi ki, şəhərin ilk bağlarından olan keçmişdə "Qubernator" bağı kimi tanınan bu ərazinin özünəməxsus bitki aləmi var. XIX əsrin 30-cu illərində salınan bu bağın ərazisi elə həmin əsrin 60-70-ci illərində xeyli genişləndirilmişdir. Ötən əsrin 70-ci illərində isə yenidən qurulmuş, əlavə yaşıllaşdırma işləri görülmüşdür. Lakin ərazinin təkrarolunmaz koloriti qorunub saxlanılmışdır. Bağdakı sıx yaşıllıq, fəvvarə, pavilyon köşklər buranı paytaxt sakinlərinin daimi istirahət yerinə çevirmişdir. Lakin park mənzərəsinin yaddaqalan ifadəli elementlərinin mövcud olduğu bu ərazinin müasir görkəm alması üçün təmir işlərinin aparılmasına ehtiyac vardır.
Prezident İlham Əliyev ərazi ilə yaxından tanışlığı zamanı paytaxtın əsas istirahət yerlərindən olan bu bağın da təmir olunması üçün tapşırıq tövsiyələrini verdi. Dövlətimizin başçısı bildirdi ki, təmir işləri elə aparılmalıdır ki, mövcud memarlıq ansamblı pozulmasın.
Prezident İlham Əliyev bağla tanışlıq zamanı paytaxt sakinləri ilə görüşdü.
Sakinlər dövlətimizin başçısına Allahdan cansağlığı, işlərində uğurlar diləyərək dedilər ki, cənab Prezident, hamı Sizi çox istəyir, sevir. Allah atanıza rəhmət eləsin. Ulu tanrı Sizə yar olsun!
Prezident İlham Əliyev bağda yerləşən fəvvarənin kənarına gəldi, xüsusi memarlıq üslubuna malik fəvvarənin yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi, fəvvarənin yaxınlığındakı ərazinin abadlaşdırılmasının, burada təmir işlərinin aparılmasının vacibliyini vurğuladı.
Dövlətimizin başçısı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında aparılan təmir işlərinin gedişi ilə maraqlandı. Bakıdakı memarlıq baxımından əhəmiyyətli binaların qorunmasının təmir-bərpasının davam etdirilməsinin vacibliyini bildirdi.

 

Azərbaycan.-2007.-23 may.-S.1-2.