İsmayıl Şıxlı
adına park qazaxlıların yeni istirahət guşəsidir
Azərbaycan Prezidenti
İlham Əliyev mayın 30-da Qazax şəhərinin
mərkəzində - Heydər Əliyev prospektində xalq
yazıçısı İsmayıl Şıxlının
adını daşıyan parkın və ədibin
abidəsinin açılışında iştirak
etmişdir.
Prezident İlham
Əliyev abidənin üzərindən ağ örtüyü götürdü.
Dövlətimizin başçısı
və xanımı Mehriban Əliyeva abidənin önünə
gül dəstələri
qoydular.
Abidənin və parkın inşasına
2006-cı ildə başlanılmışdır. 1,2 hektar sahəni əhatə edən parkda görkəmli ədibin qranit postament üzərində
4,2 metr hündürlüyündə
heykəli qoyulmuşdur.
Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin
rəhbəri Barat Vüsal xalq yazıçısı İsmayıl
Şıxlının yaradıcılığından,
görkəmli ictimai xadim kimi fəaliyyətindən
söhbət açdı,
onun Azərbaycanın
müstəqilliyi yolunda
xidmətlərini xatırlatdı.
O, ulu öndər Heydər Əliyevin ədəbiyyat,
mədəniyyət və
incəsənət xadimlərinə
diqqət və qayğısını xüsusi
vurğuladı, onların
yubileylərinin keçirilməsini,
xatirələrinin əbədiləşdirilməsinin
ölkə ictimaiyyəti
tərəfindən razılıqla
qarşılandığını bildirdi.
İsmayıl Şıxlının
oğlu Elçin
Şıxlı Prezident
İlham Əliyevə
təşəkkür edərək
dedi ki, onun Qazax rayonuna,
sərhəd bölgəsinə
səfəri insanlarda
böyük ruh yüksəkliyi doğurur.
Prezident İlham Əliyev Azərbaycan dilinin, tarixinin qorunmasında Heydər Əliyevin xidmətlərini
xatırlatdı, ədiblərin
bu sahədə fəaliyyətlərini yüksək
qiymətləndirdi və
dedi ki, onların yaradıcılığına
yüksək qiymət
verilməlidir. Azərbaycanda
bu ənənə Heydər Əliyev dövründən sonra davam etdirilmişdir. Lakin 1990-cı illərin əvvəllərində
bu sahəyə diqqət yetirilməmiş,
əksinə, bir çox mədəniyyət
ocaqlarının bağlanmasına
qərar verilmişdir.
Lakin ulu öndər əvvəlki
ənənəni bərpa
edərək Azərbaycanın
ədəbiyyat, mədəniyyət
xadimlərinə daim böyük diqqət və qayğı göstərmişdir. Bu ənənə bundan sonra da davam
edəcəkdir.
Prezident İlham Əliyev xalq yazıçısı
İsmayıl Şıxlının
Milli Məclisdəki fəaliyyətini xatırlatdı,
onun adına parkın salınmasını
və burada abidəsinin qoyulmasını
ədibin yaradıcılığına
verilən yüksək
qiymət, xatirəsinə
göstərilən ehtiram
kimi dəyərləndirdi.
Azərbaycan.-2007.-31 may.-S.4.