Abbasov F.

40 il günümüzün reallıqları

 

Zaqatala misilsiz təbii gözəlliklərə, zəngin tarixi ənənələrə malik rayon kimi ölkəmizin hüdudlarından kənarda da məşhurdur. Bölgənin başqa bir özəlliyi var. Aparılmış arxeoloji qazıntılar nəticəsində 20- qədər xalqın millətin nümayəndələrinin yaşadığı bu ərazidə insanların hələ eramızdan əvvəl III minillikdə məskunlaşdığı sübuta yetirilib. Yüzilliklər, minilliklər bu regionu çox sınaqlara çəkib. Bunlar tarixin bizə məlum olan səhifələridir. Zaqatala çox enişlər, yoxuşlar görüb, formalaşa-formalaşa bu günümüzə qədər gəlib çatıb. Rayonun ərazisində tarixi özündə yaşadan abidələr az deyil. Bu sıradan eramızdan əvvəlki sonrakı dövrlərdə tikilmiş qalaları, müdafiə sədlərini, türbələri, məbədləri, məscidləri qeyd etmək olar. IV-VI əsrlərin yadigarı olan Pəri qala, Çar, Mazıx kəndlərində X-XI əsrlərdə inşa edilmiş bürclər, Mamrıx Paşa kəndlərindəki Alban evləri, eləcə onlarla digər tarixi abidələr bugünkü qonaq-qaralı Zaqatalanın gəlməli-görməli yerləri cərgəsindədir. Zaqatalada regionun tarixini, adət-ənənələrini, mədəniyyətini, xarakterik xüsusiyyətlərini qoruyub saxlayan qapısı həmişə açıq olan bir ünvan da var. Bu, 40 illik yubileyi təntənə ilə qeyd edilən Zaqatala Tarix-Diyarşünaslıq muzeyidir. Əsl toy-bayram büsatına çevrilən, say-seçmə qonaqları ilə fərqlənən yubiley şənlikləri bu mədəniyyət obyektinin rayon üçün xüsusi əhəmiyyət daşıdığından xəbər verirdi.
Yubiley tədbirlərində xarakterik bir xüsusiyyət vardı. Uzun müddət "Qala" deyəndə Zaqatalanın adı Şuşa ilə birgə çəkilərdi, daha çox çar Rusiyasının 1804-cü ildə əsasını qoyduğu, işğalçı çar ordusunun yerləşdiyi, dəfələrlə yerli camaatın haqlı üsyanına məruz qalan, qan-qada qoxulu Zaqatala qalası ilə yad edilərdi. Zaqatala sovetlər dönəmində ən böyük tütüncülük baramaçılıq rayonlarından biri kimi tanınardı. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin birinci dövründə isə inkişaf etməkdə olan aqrar-sənaye rayonu kimi ad çıxarmışdı. Bütün bu dövrlər hazırda Zaqatala Tarix-Diyarşünaslıq muzeyinin eksponatlarında nümayiş etdirilir. Bugünkü Zaqatalanın özü isə az qala bütövlükdə açıq muzeyə çevrilməkdədir. Yəni vüsət alan tikinti-quruculuq abadlıq işləri ümumilikdə bu dağlar gözəlinin hüsnünə özgə bir yaraşıq verməkdədir. Əzəmətli Olimpiya İdman Kompleksi, müasir banklar, fəvvarələr, Avropa standartlarına uyğun qurulmuş məktəblər, səhiyyə ocaqları, klublar digər sosial-mədəni müəssisələr, körpülər, abad park meydanlar, küçə prospektlər Zaqatalaya başqa bir ovqat gətirməkdədir. Yaxın vaxtlarda istifadəyə veriləcək beynəlxalq əhəmiyyətli hava limanı, Sağlamlıq-Diaqnostika Mərkəzi, Heydər Əliyev adına muzey Zərifə Əliyeva adına park isə açıq muzeyə çevriləcəkdir,

Azərbaycan.- 2007.- 24 may.- S. 11.