Bəşirqızı Z.
Mingəçevirdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
84-cü ildönümünə və Heydər Əliyev
muzeyinin açılışına həsr edilmiş təntənəli
yığıncaq keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı
L.Abdullayev mərasimə toplanmış qonaqları —
akademikləri, millət vəkillərini,
hüquq-mühafizə orqanlarının rəhbərlərini
və şəhər ictimaiyyətinin
nümayəndələrini salamlayaraq tədbiri açdı.
O, cismən aramızda olmayan ulu öndərin Vətən,
torpaq, xalq sevgisinə sadiq olan bir rəhbər ömrü
yaşamasından, rəhbərlikdə olduğu
müddətdə Azərbaycanda aparılan, misli
görünməmiş işlərə
müdrikcəsinə nail olmasından söz açdı.
Heydər Əliyevin gərgin əməyi, səyi və
uzaqgörənliyi nəticəsində ölkəmizin
müstəqillik yollarında inamla
irəliləməsindən danışdı. Son
illərdə Mingəçevirdə aparılan
abadlıq-quruculuq işlərindən ətraflı
danışan icra başçısı dedi:
— Regionlarda aparılan tikinti-quruculuq işlərinə 2005-ci
ilin may ayından böyük ruh yüksəkliyi ilə
qoşulan mingəçevirlilər ulu öndərin
adını əbədiləşdirmək
məqsədilə şəhər sakinləri qarşısında
ilk dəfə çıxış etdiyi meydana onun
adının verilməsini qərarlaşdırdı. Geniş
miqyaslı yenidənqurma və abadlıq işləri 6 km
uzunluğunda olan Heydər Əliyev prospektindən
başlandı. Prospektə başdan-başa yeni asfalt
örtüyü salındı, səkilərə tamet
döşəndi, prospekt boyu yaşıllıq zolaqlarına
ağaclar əkildi, gül kolları basdırıldı.
Heydər Əliyev meydanında əsaslı yenidənqurma
işləri davam etdirildi. Meydanda Heydər Əliyev muzeyinin
tikintisinin bünövrəsi qoyuldu. Burada abadlıq və
quruculuq işləri həyata keçirildi.
Respublikamızın tanınmış heykəltəraşı,
görkəmli elm xadimi, akademik Ömər Eldarovun
müəllifi olduğu Heydər Əliyevin qranitdən
hazırlanmış yeni əzəmətli abidəsi
ucaldıldı, ətrafına 40 kvadratmetr mərmər, 1,9
min kvadratmetr tamet döşəndi, 1,3 kvadratmetr üzlük
işləri görüldü, 1,4 min paqon metr səki
daşları quraşdırılaraq ərazidə 4
ədəd fəvvarə tikildi.
İnşasına ilin əvvəlində başlanmış
800 kvadratmetrlik Heydər Əliyev muzeyinin tikintisi qısa
müddətdə və yüksək keyfiyyətlə
başa çatdırıldı, 8,4 min kvadratmetr
sahədə yaşıllıq zolağı salındı,
3,3 min kvadratmetr sahəyə asfalt örtük
döşəndi, ərazidə 17 işıqlanma dirəyi
və 22 oturacaq quraşdırıldı.
Ümidvar olduğumuzu bildiririk ki,
açılışına
yığışdığımız bu
möhtəşəm muzey ümummilli liderimiz Heydər
Əliyevin həyat və fəaliyyətinin, onun
tükənməz irsinin öyrənilməsində
əvəzsiz rol oynayacaqdır.
Sonra YAP Mingəçevir şəhər
təşkilatının sədri Cavanşir Yusubov,
şəhər ağsaqqallarının nümayəndəsi
Mais Hacıyev, 12 saylı orta məktəbin müəllimi
Ulduza Əmirova, Mingəçevir Politexnik İnstitutunun
gənclər təşkilatının sədri Azər
Hacıyev, akademiklər Teymur Bünyadov, Fuad Qasımzadə,
Vasim Məmmədəliyev, Milli Məclisin hüquq siyasəti
və dövlət quruculuğu məsələləri daimi
komissiyasının sədri Əli Hüseynov,
təhlükəsizlik və müdafiə
məsələləri daimi komissiyasının sədr
müavini Aydın Mirzəzadə və “Azərenerji” SC-nin
prezidenti Etibar Pirverdiyev çıxış edərək
ümummilli liderin Azərbaycan tarixinin dahi oğlu kimi
gördüyü titanik işlərdən, zəngin
mədəniyyəti, yüksək mənəviyyatı olan
ölkəmizin gələcəyinə çox böyük
məsuliyyətlə yanaşmasından danışdılar.,
Xalq qəzeti.-2007.-11 may.-S.8.