Ədəbiyyat muzeyində sərgi-ekspozisiya

 

Prezident İlham Əliyevin Hüseyn Cavidin 125, Mikayıl Müşfiqin və Almas İldırımın 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları ilə əlaqədar Naxçıvandakı Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyində silsilə tədbirlər keçirilir. Muzeyin direktoru Sübhi Kəngərli demişdir ki, burada hər üç şairə həsr olunmuş guşələr yeni eksponatlarla zənginləşdirilib. Muzeyə gələnlər şairlərin tərcümeyi-hal materialla ilə yanaşı müxtəlif  illərdə nəşr edilmiş kitabları, fotoşəkilləri, mətbuatda onlar haqqında dərc edilmiş materiallarla tanış ola biləcək.

Əməkdaşların hazırladıqları səyyar sərgilər təhsil və mədəni-maarif müəssisələrində nümayiş etdirilir.

 

Palitra.- 2007.- 9 may.- S. 13.