Görkəmli yazıçı-alim Mir Cəlalın Gəncədəki ev-muzeyində son tamamlama işləri görülür

 

XX əsrin əvvəllərində Gəncənin Böyük Bağban adlanan ərazisində inşa edilmiş köhnə binada yenidənqurma işləri başa çatdırıldıqdan sonra vaxtilə burada yaşayıb-yaratmış görkəmli yazıçı, ədəbiyyatşünas alim pedaqoq Mir Cəlalın ev-muzeyi açılacaqdır.
Şəhər məd
əniyyət turizm idarəsinin rəisi Mina Məlikova AzərTAc-a demişdir ki, yeni muzey görkəmli alim yazıçının vaxtilə yaşadığı mənzilin ərazisindədir. Burada Mir Cəlalın yerli mədrəsədə təhsil aldığı illəri, sovetlər birliyi dönəmində pedaqoji sahədə fəaliyyətini əks etdirən fotoşəkillər indiyədək heç kimə məlum olmayan sənədlər nümayiş etdiriləcəkdir.
Muzeydə ədibin vaxtilə işlətdiyi ev əşyaları da tamaşaçılarda maraq doğuracaqdır.

 

Azərbaycan.-2007.-23 may.-S.5.