Miniatür kitab muzeyi-5
yaşın mübarək
Beynəlxalq kitab və
müəllif hüquqları günündə Bakıda
dünyada ilk özəl Miniatür kitab muzeyinin
açılmasmın 5 ili tamam oldu. Qədim
İçərişəhərdə yerləşən
muzeydə bu münasibətlə keçirilən
mərasimdə muzeyin yaradıcısı, 25 il "Kitab"
cəmiyyətinə sədrlik edən Zərifə xanım
Salahovanın ünvanına xoş sözlər
səsləndi. Zərifə xanım muzeyin yaranma tarixindən
danışdı, bu işdə ümummilli liderimiz Heydər
Əliyevin rolunu xüsusi vurğuladı.
İçərişəhərdəki bu mədəniyyət ocağını qonaqlar "muzey içərisində muzey" adlandırdılar. Onun elə ilk gündən ziyalıların sevimli görüş yerinə çevrildiyini qeyd etdilər.
Xatırladaq ki, muzeyin ekspozisiyasına əsasən Zərifə xanımın 1982-ci ildən bəri özünəməxsus səylə və həvəslə topladığı şəxsi kolleksiyasındakı miniatür kitablar daxildir. Hazırda muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 6 mindən çox kitab saxlanılır. Muzey fəaliyyətə başladığı vaxtlarda burada 47 ölkədə nəşr edilmiş 3300-dək miniatür kitab vardı. İndi ekspozisiya zalındakı 35 vitrində 4181 miniatür kitab nümayiş olunur. 35 bölmədən ibarət olan muzeyə beş il ərzində 44.238 nəfər tamaşaçı gəlib. Onların 60 faizi məktəbli və tələbələrdir. Fəxri qonaqlar kitabında 253 nəfərin imzası var. Anar, Boris Yeltsin, Sergey Stepaşin, Avropa Olimpiya Komitəsinin prezidenti, yaxın və uzaq xaricdən olan qonaqlar muzey barədə öz təəssüratlarını yazmışlar.
Muzey fəaliyyət göstərdiyi vaxtdan Zərifə xanım kolleksiyasının sayını artırmaqdan başqa, 30 miniatür kitab da nəşr etdirmişdir. Bu illərdə Mayntsda, Moskvada, Parisdə YUNESKO-nun Baş Qərargahında miniatür kitabların sərgiləri keçirilmişdir. Hazırda burada maraqlı görüşlər klubu fəaliyyət göstərir. Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tədbirlər keçirilir.
Muzeyin yubiley mərasimində Rusiyanın
Azərbaycandakı Fövqəladə
və Səlahiyyətli
səfiri V.İstratov,
Milli Məclisin üzvləri, yazıçılar,
alimlər iştirak etmişlər.
Bakı.- 2007.- 12-17 may.- S. 3.