Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyi - 40
Muzeydə
veb saytının açılışı oldu
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin yaradılmasından 40 il ötür. Bu münasibətlə muzey silsilə tədbirlər keçirməyi nəzərdə
tutmuşdur. Azərbaycan,
rus və ingilis dillərində yeni veb saytının
hazırlanması muzeyin
40 illiyinə və 18
May Beynəlxalq Muzeylər Gününə
hədiyyədir. Bu, YUNESKO-nun Moskva ofisinin maddi dəstəyi ilə mümkün olmuşdur. Belə silsilə tədbirlərdən biri də mayın 18-də Musiqi Mədəniyyəti Dövlət
Muzeyində keçirildi.
Mərasimi giriş sözü ilə muzeyin direktoru Alla Bayramova açaraq, tədbir iştirakçılarını bayram günü münasibətilə təbrik
etdi. O, qeyd etdi ki, 1967-ci ildən əsası qoyulmuş AMMDM Azərbaycanın
önəmli muzeylərindən
biri olub, ölkədə aparıcı
musiqiyönümlü muzeydə
40 mindən çox kolleksiya öz əksini tapmışdır.
O bildirdi ki, artıq uzun illərdir ki, ingilis dilli veb
saytı fəaliyyət
göstərmişdir. Bu
gün isə, muzeyin 40 illik yubileyi münasibəti ilə yeni texnologiyalarla
müasir səviyyəli
üçdilli veb saytı yaradılıb. Bu mənada ki, veb saytı
musiqi kolleksiyaları ilə tanış olmağa imkan yaradacaq.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev muzey işçilərini
peşə bayramı
münasibətilə təbrik
edərək, qeyd etdi ki, artıq
Beynəlxalq Muzeylər
Günü 70-ci ildən
etibarən, YUNESKO-nun xətti ilə qeyd olunur. Bu gün isə,
bu peşə bayramının keçirilməsi
artıq respublikamızda
ənənəyə çevrilib.
Muzeyləri inkişaf
etdirmək potensialımız
güclüdür və
çalışacağıq ki, muzey işinin
dünya standartlarına
uyğun quraq. Respublikamızda bir çox muzeylər fəaliyyət göstərir.
Musiqi mədəniyyəti
muzeyi mərkəzi muzeydir. Muzey işçilərinə dövlətimiz,
eyni zamanda, mədəniyyət nazirliyi
tərəfindən xüsusi
qayğı göstərilir.
Bu günlərdə Prezident cənab İlham Əliyev muzey işinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalamışdır.
Sərəncamdan irəli
gələn vəzifələr
layiqincə yerinə yetirilir. Eyni zamanda, dövlət rəhbəri muzey işçilərindən də
qayğısını əsirgəməyərək,
muzeyin direktoru Alla Bayramova fəxri ada layiq görülüb. Nazir bu münasibətlə Alla Bayramovanı təbrik edərək, ona muzey işində
uğurlar arzuladı.
Sonra muzeyin əməkdaşı Beynəlxalq
Muzeylər Şurasının
prezidenti xanım Alissandra Kumminsin Azərbaycan İCOM-a, xüsusilə, AMMDM və
onun direktoru Alla Bayramovaya muzeyin 40 illik yubileyi və veb saytının açılması münasibətilə ünvanladığı
məktubu oxudu. Məktubda deyilir: "Naməlum muzey əlyazmalarının nəşri
və səsyazmaları
yolu ilə rəngarəng mədəni
dəyərlərin insanlara
çatdırılmasının həyata keçirilməsi
çox böyük təşəbbüsdür. Bu
muzeyin fəaliyyətinin
mədəni rəngarəngliyini
və ümumdünya
irsinin qorunması istiqamətində əla nümunədir."
Toğrul Əfəndiyev
veb saytının tədbir iştirakçılarına
təqdim etdi. Veb saytına bu bölmələr daxildir: Layihə haqqında-muzey haqqında -muzey tarixi haqqında, filiallar, start, ekspert komissiyası, əlaqələr. Kolleksiyalar-ekspozisiya,
fondlar. Muzeyin fəaliyyəti-nəşrlər,
sərgilər, görüşlər,
tədbirlər, seminarlar.
Muzey məhsulları.
Xəbərlər. Qonaq
kitabı. Virtual tur. Muzeyəgəlmə xəritəsi. Video və audio yazılar.
T.Əfəndiyev bildirdi ki, veb
saytının vaxtlı-vaxtında yeniləşməsi
və zənginləşməsi
planlaşdırılıb. Şübhəsiz ki, yeni veb saytı
muzeyin öz missiyasını yerinə
yetirməkdə irəliyə
doğru atılan addım olacaq.
Bəstəkarlar İttifaqının katibi,
professor Ramiz Zöhrabov çıxış
edərək, muzeyin direktoru Alla Bayramovanı muzeyin inkişafında çox işlər gördüyünü
bildirdi. Professor qeyd etdi ki,
muzeydə bütün
işlər yüksək
səviyyədə təşkil
olunub. Muzeydə özünü evi kimi hiss edir.
O, Fikrət Əmirovun,
Qara Qarayevin ev-muzeyinin yaradılmasını
tövsiyə etdi.
Tədbir rəsmi
hissədən sonra Qədim Musiqi Alətləri Ansamblının
iştirakı ilə
geniş konsert proqramı ilə yekunlaşdı.
Səs.-2007.-19 may.-S.12.