Fuad E.
"İrsə
məhəbbətlə qayıdış - gələcəyə
inamla yürüş"
Fransa Respublikasının
Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin
təşəbbüsü ilə hər il bahar fəslinin
istirahət günündə "Muzeylər gecəsi"
adı altında diskusiya keçirilir. Azərbaycan
Respublikası Mədənıyyət və Turizm Nazirliyinin
sərəncamı ilə "Muzeylər gecəsi" Azərbaycanda
da geniş qeyd olunmuşdur. Beynəlxalq Muzeylər
Şurasının (İCOM) 21-ci Baş Konfransının
mövzusuna uyğun olaraq "Muzeylər və universal
irs" devizi ilə keçirilən builki aksiya hər bir şəxsin,
xüsusən də gənclərin muzeylərə və milli
dəyərlərimizə marağını artırmaq,
onları milli irsimizin ötürücülərinə
çevirmək məqsədi daşıyır. Məhz buna
görə də gənclər, yeniyetmə və
şagirdlər təşkil olunan tədbirlərin
təkcə tamaşaçısı deyil, həm də
iştirakçısı olmalıdırlar.
Bu məqsədlə
Beynəlxalq Muzeylər Şurasının (İCOM)
Azərbaycan Milli Komitəsi və Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi "İrsə məhəbbətlə
qayıdış - gələcəyə inamla
yürüş" adlı tədbir
hazırlamışdır.
Tədbir
"İrs" folklor ansamblının
çıxışı ilə başlandı. Daha sonra
"Hər yallı özgə əhvallı" - adı altında
Naxçıvan Dövlət Universiteti nəzdindəki tələbə
teatr-studiyasının rəhbəri Gülxarə
Əhmədova, həmin universitetin tələbələri
Şəhla İsmayılova və Rahib Əliyev yallı
rəqsinin müxtəlif növlərini
tamaşaçılara təqdim edərək Şərur
yallılarının üç növünü tədbir
iştirakçıları ilə birgə ifa etdilər.
"Evimin gərəyi, əynimin bəzəyi kilim"
adlı kompozisiyada gənc modelyer İnci Kərimovanın
kilim parçaları ilə işlənmiş geyim
kolleksiyası nümayiş etdirildi. "Nağıllardan
doğan nağıl" bölməsində isə
iştirakçılar xalça üzərində
əyləşib qədim xalq nağıllarını
dinləmək və seyr etmək imkanı qazandılar.
"Yuğ" Dövlət Teatrının aktyorları
nağılların səhnələşdirilmiş
versiyasını, bir qrup gənc yazıçı - Rasim
Qaraca, Aqşin və Tural Səfərov isə məşhur
nağıl süjetlərinin uydurulmuş versiyalarını
təqdim etdilər. Bununla yanaşı, uşaqlar və valideynlər
üçün nəzərdə tutulmuş xüsusi proqram
- xalq oyunları, əyləncə və viktorinalar
nümayiş etdirildi. Tədbir boyu tamaşaçılar
muzeyin zallarında xalçalar fonunda milli geyimlərdə
şəkil çəkdirmək imkanı da əldə
etdilər.
Qeyd edək ki, aksiya
Avropa Şurasının himayədarlığı ilə keçirilmişdir.
Bu haqda Avropa Şurasının mətbuat şöbəsinin
www.coe.int/rres saytı və eləcə də
www.nuitdesmusees.culture.fr saytında məlumat verilmiş, burada
Azərbaycanın, Bakı şəhərinin və Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin proqramı
xüsusi vurğulanmışdır.
"Kim bilir neçədir dünyanın yaşı?"
Dünyanın yaşının neçə olduğunu heç kəs bilmir. Tarixin nə qədər yazısı olduğunu da bilmirik, ancaq dünyanın yaşından, tarixin yazılarından bizləri agah edən muzeylərdir. Məbədgahımız, milli sərvətimiz olan muzeylər. Hər saxsını, kağız parçasını, hər məzar daşını, qoruyub saxlayan, nəsildən-nəsilə ötürən, yadigar saxlayan muzeylərimiz. 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə "Muzeylər gecəsi" adı altında gerçəkləşdirilən kompleks tədbirlərdən biri də "İstiqlal" muzeyində keçirildi. N saylı hərbi hissəsinin əsgərlərinin də qatıldığı tədbiri "İstiqlal" muzeyinin əməkdaşı, muzey işini dərindən bilən, vətənsevər ziyalımız Amaliya xanım Rzaqızı açdı. Amaliya xanım tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Vətən adi bir əmanət, yadigar əşya deyil, vətən ər oğulların, igidlərin, qəhrəman övladların, şəhid babaların, dahi şəxsiyyətlərin, böyük dühaların müdrik yadigarı, əmanətidir, bu əmanəti yaşadan, təbliğ edən, nəsillərə tanıdan vasitələrdən biridir, indi hər birimizin qürur hissilə eksponatlarını seyr etdiyimiz "İstiqlal" muzey Vətənimizi azadlığa, müstəqilliyə aparan yolu, maddi-mənəvi sərvətlərini özündə nümayiş etdirir muzeyimiz.
Bakının 162 saylı məktəbinin şagirdləri bir-birindən maraqlı çıxışları ilə vətənə, onun ədəbiyyatına və mədəniyyətinə olan məhəbbətlərini ifadə etdilər. "İmproteks" şirkətlər qrupunun nümayəndəsi çıxış edən hər bir məktəbliyə hədiyyələr bağışladı.
Muzey mərkəzində həyata keçirilən tədbirlərdə Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda xanım Məmmədəliyeva da iştirak edirdi.
Beynəlxalq Muzeylər günü münasibətilə düzənlənən
"Muzeylər gecəsi"
tədbirlər proqramı
hər bir iştirakçıda bir ruh yüksəkliyi, doğma diyara, Vətənə məhəbbət
hissi, milli-mənəvi, maddi sərvətlərə sahiblik
duyğusu aşılayır,
onları işıqlı sabahımızın
fəal qurucusu olmağa səsləyirdi.
Respublika.- 2007.- 22 may.- S. 7.