Xəlilzadə F.

 

Maddi-mənəvi xəzinə

 

18 May Beynəlxalq Muzeylər Günüdür


Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin gərdişlərindən xəbər verən eksponatları komplektləşdirən, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır.
Onlara təkcə qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin saxlanc yeri kimi baxmaq da düzgün deyildir. Çünki maddi mənəvi mədəniyyət abidələrimizin qorunduğu muzeylər əslində elm, maarif müəssisələridir.
YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Səbəb dünya muzeyləri arasında əlaqələrin yaradılması, müntəzəm davam etdirilməsi bu mədəniyyət ocaqlarının mühafizəsidir.
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olur. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər sayılır. Azərbaycanda belə muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar kompleksini, Mömünəxatun məqbərəsini, eləcə Şuşa şəhərini göstərmək olar.
Bəllidir ki, erməni faşistləri torpaqlarımıza qarşı işğalçılıq siyasətini həyata keçirdikdə yeraltı-yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixi abidələrimizlə yanaşı, muzeylərimizi ələ keçirdilər. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni işğalçıları 22 muzeyimizi, 4 rəsm qalereyamızı yoxa çıxarıblar.
Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. Muzeylərimizin anası sayılan AMEA-nın Tarix Muzeyi ötən əsrin 20-ci illərindən millətimizin ixtiyarına verilib. Maraqlıdır ki, bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə tarix muzeyinə bəzən "muzey içində muzey" deyirlər. Bu gün Azərbaycanda 180-ə yaxın muzey var.
Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Tarix ədəbiyyat muzeylərində əsaslı yenidənqurma təmir-bərpa işləri aparılır. Regionlarımızda da muzeylər şəbəkəsinin inkişafına nail olmaq üçün müəyyən işlər görülməkdədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması İstiqlal abidəsinin ucaldılması haqqında" 2006- il 18 dekabr "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006- il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Ölkə başçısı milli-mədəni sərvətlərin qorunması gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində yeni mərkəzlərin yaradılması, fəaliyyət göstərməsini, millətə xidmət etməsini zəruri sayır.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti özünü göstərməkdədir.
Bu, bir tərəfdən maddi-mədəni abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən inkişaf edən, gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi yaşamasıdır.
Prezident İlham Əliyevin 2007-ci il martın 6-da "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" imzaladığı sərəncamda deyilir: "Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini perspektivlərini nəzərə alaraq, elmi mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçünE Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın". Mədəniyyət Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti digər təşkilatlar üç ay müddətində dövlət başçısının göstərişinə əsasən Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başlayıblar.
Sərəncama əsasən, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda memorial muzeylərin
əsas yaradıcılarından biri olmuşdur. Onlarla muzey göstərmək olar ki, həmin mədəniyyət müəssisələrinin qırmızı lentini məhz ulu öndər özü kəsmişdir. Göstərdiyi bu cahanşümul, müdrik xidmətin sayəsində millət ulu öndərinə öz sevgisini, ehtiramını bildirmək üçün ümummilli liderin adına layiq muzeylərin yaradılmasına, fəaliyyət göstərməsinə çalışır. Demək olar ki, respublikamızın bütün şəhər kəndlərində ulu öndərin zəngin həyat yolunu əks etdirən yeni muzeylər yaradılır. Bu maddi mədəniyyət müəssisələri 70 ildən artıq bir zaman kəsiyində fəaliyyət göstərən memorial muzeylərin sırasında daha parlaq mənalı görünməkdədir. Bu, Heydər Əliyev haqqının əks-sədası xalq tərəfindən dəyərləndirilən mənəvi qiymətidir.
Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanda yeni yaradılmış muzeylərin şəbəkəsini daha da genişləndirmək üçün adını çəkdiyimiz sərəncamda bir daha bildirmişdir: "Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir... Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik, əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır".
Hər bir muzey təkcə mədəniyyət deyil, həm maarif müəssisəsidir. Buna görə ali orta məktəbdə təhsil alanların, gənclərin tariximizin bir parçasını özündə yaşadan, onun zəngin eksponatlarla yaddaşlarda möhkəm qalmasını təmin edən muzeylərdə olması vacibdir. Çünki muzey eksponatı qədər mənalı, təsiredici, yadda möhkəm qalan ikinci əyani vəsait yoxdur.


Azərbaycan.-2007.-18 may.-S.6.