“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

Zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınmışdır. Ölkəmizin ərazisində yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapmışdır.

Azərbaycanda unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanar dağ"dır. "Yanar dağ" abidəsinin qorunması burada turizmin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:

1.  Abşeron rayonunun Məmmədli kəndindəki "Yanar dağ" təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət təbiət qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. "Yanar dağ" dövlət tarix-mədəniyyət təbiət qoruğunun Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin tabeliyinə verilməsini təmin etsin;

2.2.   Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Yanar dağ" dövlət tarix-mədəniyyət təbiət qoruğunun sərhədlərini müəyyən etsin, yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında sənədlərin hazırlanmasını torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etsin;

2.3.  "Yanar dağ" dövlət tarix-mədəniyyət təbiət qoruğu haqqında əsasnaməni təsdiq etsin.

3***3. "Yanar dağ" dövlət tarix-mədəniyyət təbiət qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər 2007-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına həyata keçirilsin.

4. Abşeron Rayon icra Hakimiyyəti:

4.1.  iki ay müddətində qoruğu müvafiq bina ilə təmin etsin;

4.2.  qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görsün.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 may 2007-ci il.

 

Respublika.- 2007.- 3 may.- S. 4.