Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikasæ Prezidentinin Fərmanæ


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparatının işçilərinin say həddi 56 ştat vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan qurumları dövlət büdcəsinin vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərirlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
5.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti üçün zəruri olan maliyyə və maddi-texniki təchizat məsələləri ilə bağlı müvafiq tədbirləri həyata keçirsin;
5.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 315 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1010; 2006-cı il, ¹ 9, maddə 743) qüvvədən düşmüş hesab edilsin.
7. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2007-ci il

 

Xalq qəzeti.-2007.-17 may.-S.2.