Abşeronda son Tunc və ilk
Dəmir dövrünə
aid qəbir abidələr aşkar edilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri,
tarix elmləri namizədi İdris Əliyev bildirmişdir ki, Abşeron mayakı ətrafında -
Gürgan qəsəbəsi
yaxınlığında çoxlu
qəbir abidələr
aşkar edilmişdir. Abidələr son Tunc və
ilk Dəmir dövrünə aid olan daş qutu
qəbirlər və ovdandır. Daş qutularda ox ucu,
nizə, dəmir çıraq, saxsı qab, xəncər və s. tapılmışdır.
Burada orta əsrlərə aid yaşayış məskənləri
də aşkar olunmuşdur.
Bununla yanaşı, arxeoloq alim təəssüflə
qeyd etmişdir ki, bu ərazilər
ayrı-ayrı vətəndaşlara paylanılıb
və hazırda orada tikinti işləri
aparılır. Halbuki
həmin ərazilər
tarixi-mədəni abidələrin yerləşdiyi
qoruq elan edilməli və orada hər hansı tikinti işləri qanunla qadağan olunmalıdır.
Azərbaycan.-2007.-16 may.-S.8.