Kübra

 

Ermənilər mədəniyyətimizi özününküləşdirir

 

Mətin Mirzə: "Festivalın keçirilməsi danışıqlara mənfi təsir edir"

 

Məlum olduğu kimi, iyun ayının 1-dən 5-nə kimi işğal olunmuş Dağlıq Qarabağda "Oar" ümumerməni musiqi festivalı keçiriləcək. Verilən məlumatlara görə, müsabiqəyə qondarma Dağlıq Qarabağ, Ermənistan, Rusiya, ABŞ, Bolqarıstan, Ukrayna, Gürcüstan və İranın gənc müğənniləri qatılacaq. Ermənistanın bu hərəkətinə xüsusi münasibət bildirilməyəcək.

Vaxtaşırı bu cür addımları ilə beynəlxalq hüquq normalarını pozan separatçı Ermənistan Respublikası zəbt etdiyi Azərbaycan ərazilərində müxtəlif müsabiqələr və yarışlar keçirməklə, bütün dünyaya, guya ki, həmin torpaqların onlara məxsus olduğunu sübut etməyə çalışır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat əlaqələndiricisi İntiqam Hümbətov məsələyə münasibət bildirərkən, deyib ki, Ermənistan bünunla ictimaiyyəti özünə cəlb etməyə çalışır: "Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətini aldatmaq istəyir. Özünə hörmət edən təşkilat bu oyuna aldanmaz. Ermənilər bu tədbir adı altında

çirkin oyunlarını həyata keçirirlər. Nazirlik həmişə bu cür hallara etirazını bildirib. Ermənistanın bu oyununa qoşulan hər bır dövlət Azərbaycandan sərt cavab ala bilər".

Daha sonra məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mətin Mirzə isə nazirliyin sözügedən məsələni diqqətdə saxladığını bildirdi. Əlavə etdi ki, Xarici İşlər Nazirliyi layihəyə qatılan ölkələrin nümayəndələrinə öz münasibətini biJdirəcək: "Azərbaycanın işğal olunmuş ərazisində müsabiqəyə qatılmaqla həmin öl Azərbaycanın işğal olunmuş ərazılərinə hörmətsizliyini bildirir. Məsələ diqqət mərkəzindədir həmin ölkələrin nümayəndələrinə belə hallara yol verilməməsilə bağlı fikirlər bildiriləcək". M.Mirzənin fikrincə, müsabiqədə iştirak edəcək müğənnilərin yox, yalnız ölkələrin adlarının. qeyd olunması təsadüfi deyil: "Müğənnilər bilərəkdən adlarının açıqlanmasını istəməyiblər. Amma onların adları sonradan bəlli olacaq həmin ifaçıların Azərbaycana gəlişini qadağan qoyulacaq".

 

Səs.- 2007.- 24 may.- S. 11.